Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Su işgəncələri və qiyamların arxasındakı SİRLİ QADIN

Tarix: 13-03-2018 23:28     Baxış: 4368 A- / A+
 Su işgəncələri və qiyamların arxasındakı SİRLİ QADIN


Bu gün gündəmin bir nömrəli xəbəri heç şübhəsiz ki, ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu istefaya göndərməsi oldu. Tramp xəbəri Tvitter səhifəsindən verdi. Deyilənə görə, Tillerson istefaya göndərilməsini də məhz prezidentin Tvitter səhifəsindən öyrənib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm”, - Tramp yazıb.

Pompeonu isə MKİ postunda Cina Hespel əvəz edib. ABŞ tarixində MKİ-nin ilk qadın direktoru olan Cina Hespel kimdir?

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, sirli qadın olduğu deyilən və 1985-ci ildə MKİ-yə qatılan Cina Hespel idarənin vitse-prezidenti vəzifəsinə Trampın yeni komandasının formalaşdırılması prosesi çərçivəsində - 2017-ci ilin fevral ayında təyin edilib.

62 yaşlı qadının Pompeoya ən yaxın adam olduğu deyilir.

Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.

Hespel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilirdi.

Onun İran, Tunis, Misir və bir çox Yaxın Şərq ölkəsində baş verən iğtişaşların arxasında olduğu bildirilir.

 Su işgəncələri və qiyamların arxasındakı SİRLİ QADIN
 Su işgəncələri və qiyamların arxasındakı SİRLİ QADIN

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar