Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kərküklü qonaq BAO-nu ZİYARƏT ETDİ

Tarix: 13-03-2018 22:01     Baxış: 4672 A- / A+
Kərküklü qonaq  BAO-nu ZİYARƏT ETDİ


Bakıda səfərdə olan İraq Türkmən Cəbhəsinin mətbuat katibi, Türk Dünyası İlətişimcilər Birliyinin Türkməneli Başqanı Turqut Hürmüzlü 12 mart 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarını ziyarət etdi.

Manevr.az-ın xəbərinə görə, BAO-nun qərargahında baş tutan görüşdə təşkilatın Başqanı Zahir Əlisoy, BAO Başqanının İdeoloji məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, Siyasi məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Alı Balayev, Türk Dünyası ilə Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Təşkilati məsələlər üzrə müavin Araz Şamil, BAO-nun Türk Dünyasını Araşdırmalar Qurumunun rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı, İcra Aparatının üzvləri, Ceyhun Quliyev və Şahin Bəkirli iştirak edirdilər.
Səmimi bir şəraitdə baştutan görüşdə öncə qonağa Bütöv Azərbaycan Ocaqlarının ümumi iş prinsipləri, fəaliyyət formaları haqqında məlumat verildi.
Daha sonra Güney Azərbaycan, Türkməneli, Kərkük və ümumilikdə Türk Dünyası məsələlərində BAO-nun mövqeyi izah edildi.
Görüşdə həmçinin Türkmənelində, Kərkükdə, o cümlədən Türk dünyasında son dönəmlər cərayan edən siyasi proseslər haqqında fikir mübadiləsi aparıldı.
Turqut Hürmüzlü BAO Başqanı Zahir Əlisoya və Türk Dünyasını Araşdırmalar Qurumunun rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslıya İraq Türkmən Cəbhəsi başqanı Ərşad Salihin “Əməyinizə təşəkkür edərik” plaketini təqdim etdi.
BAO adından Turqut Hürmüzlüyə və İraq Türkmən Cəbhəsi başqanı Ərşad Salihiyə çatdırmaq üçün Azərbaycan Bayraqları və BAO emblemi həkk olunmuş böşqablar
hədiyyə edildi.

Kərküklü qonaq  BAO-nu ZİYARƏT ETDİ
Kərküklü qonaq  BAO-nu ZİYARƏT ETDİ
Kərküklü qonaq  BAO-nu ZİYARƏT ETDİ
Kərküklü qonaq  BAO-nu ZİYARƏT ETDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar