Sizin Reklam Burada
Xəbər lenti
25 sentyabr
24 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Musa URUD: "Mənim Anara borcum var, qaytara bilməyəcəyəm"

Tarix: 13-03-2018 17:24     Baxış: 2435 A- / A+
 Musa URUD: "Mənim Anara borcum var, qaytara bilməyəcəyəm"


Azərbaycanın birinci Anarının səksən yaşı tamam olur. Mən bilmirəm ölkədə Anar adında neçə adam var, amma bilirəm ki, bütün anarların adı birinci Anardan gəlmədi. Bilmirəm öz adlarına (özü də gözəl səslənən adlarına!) görə anarlar birinci Anara nə qədər borcludular, amma mənim Anara ən azı üç borcum var...

Mənim Anara ən azı üç borcum var və mənə elə gəlir ki, bu borcları qaytara bilməyəcəyəm.

Birinci borcum ondan ibarətdir ki, bir vətəndaş olaraq mənim arzuladığım, amma görə bilmədiyim işləri Anar məndən əvvəl və məndən gözəl görüb...
...Altmışıncılar deyilən güclü və nüfuzlu ədəbi nəslin ən görkəmli nümayəndələrindən biri heç şübhəsiz ki, xalq yazıçısı Anardır. Öz parlaq istedadı, dərin zəkası, yüksək mədəniyyəti, hərtərəfli biliyi və savadı ilə, hələ çox gənc ikən təkcə Azərbaycanda deyil, o vaxtkı ümumi vətən sayılan SSRİ adlı fövqəldövlətin ədəbi-mədəni mühitində böyük nüfuz qazanmış Anar, milli ədəbiyyatımızın dəyərli nümunələrini yaratmış, xalqımızı ləyaqətlə təmsil edən bir qələm adamı, sonra isə ictimai-siyasi xadim kimi şərəfli bir ömür yolu keçmişdir.


Anarın xidmətləri olduqca böyük və çoxşaxəlidir. Onun təkcə “Qobustan” jurnalında fəaliyyəti milli kimliyimizin tanınması, mənəvi dəyərlərimizin qorunması və təbliği, azərbaycançılıq, türkçülük şüurunun oyaq qalması və s. istiqamətlərdə bir institutun görəcəyi iş qədər sanballı və qiymətlidir.


Anarın ssenarisi əsasında və ya rejissorluğu ilə çəkilən Dədə Qorqud, Üzeyir Hacıbəylı, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mirzə Fətəli Axundov kimi milli dəyərlərimizin kino ömrünü yaradan filmlər milli kinomuza dəyərli tövhələr olmaqla yanaşı, həm də böyük ictimai-siyasi məzmun kəsb edən tarixi çağırışlardır.

Anar milli ruhlu ziyalılarımızın ən öndə gedənlərindəndir. Dil, milli birlik, mədəni kimlik, Vətənin bölünməzliyi, Türk dünyasının bütövlüyü Anarın həyatında və yaradıcılığında mühüm yer tutur.

...Anara ikinci borcum ondan ibarətdir ki, o ötən əsrin 70-ci illərində mənim doğma kəndim Urudu ziyarət eləyib. Uruddakı qədim alban-türk qəbiristanlığında foto və video çəkiliş aparmış, bunun əsasında “Daş saatın səsi” adlı sənədli filmini yaratmışdır. Məhz bu filmdə, həm də Sovetin kəsakəs vaxtında ilk dəfə olaraq (qüdrətli sənətkarımız Həsən Əblucun səsi ilə) Zəngəzurun qədim türk yurdu olduğu vurğulanmışdır.
1988-ci ildə erməni separatizminə dirəniş hərəkatı başlayanda Anar bu hərəkatın önündə gedənlərdən oldu. O dövrdə Anarın hər sözü, yazısı, çıxışı bir hadisə idi və xalqın sözü, istəyi kimi qəbul edilirdi. O illərdə Ermənistan SSR-dəki dədə-baba yurdlarından qovulan azərbaycanlılar bir ümid yeri kimi, Azərbaycan Yazıçılar İttifaqına, SSRİ Ali Sovetinin deputatı Anara üz tuturdular. Anar 1990-cı il yanvar faciəsindən sonra SSRİ Ali Sovetinin sessiyasında çıxış edərək, Qorbaçovun etirazına baxmayaraq 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad etmək üçün sessiya iştirakçılarını ayağa qaldırmışdı...
...Anara üçüncü borcum və minnətdarlığım şəxsimə olan qayğısı və hörməti ilə bağlıdır. Dəyərli ziyalı, dünya şöhrətli yazıçı olması ilə yanaşı Anar həm də qayğıkeş bir rəhbərdir. Otuz ildən çoxdur ki, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edən Anarın çiynində nə qədər ağır yük, qəlbində nə qədər narahatlıq daşıdığını, “ağzından süd iyi, sözündən qan iyi gələn” adamları tanımayan kəs hiss edə bilməz. Amma Anar həmişə ədalətlidir, istedada, ləyaqətə, hörmətə, mədəniyyətə qiymət verəndir. Mənim Yazıçılar Birliyinə üzvlük biletimdə Anarın imzası var. Mənim iki kitabımın təqdimatında Anar iştirak edib və dəyərli fikirlər söyləyib. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə ilk dəfə on nəfər yaradıcı gəncə Prezident təqaüdü verildi. Siyahıda mən də var idim. Özümün xəbərim belə olmadan Anar məni Prezident təqaüdünə təqdim etmişdi.

Mən 2000-ci ildə Milli Məclisə seçiləndə Anar artıq təcrübəli deputat və Mədəniyyət komissiyasının sədri idi. Mandatlarımız təsdiq olunan günün axşamı Anar mənə telefon açdı, təbrik elədi və sədri olduğu komissiyaya üzv olmağımı təklif etdi. Razılaşdım. Əslində mənim kimi gənc millət vəkili üçün Anar, Bəxtiyar Vahabzadə, Zeynəb Xanlarova, Maqsud İbrahimbəyov, Vaqif Səmədoğlu, Amalya Pənahova, Zəlimxan Yaqub, Mikayıl Mirzə kimi şöhrətli ədəbiyyat və sənət adamları ilə bir komissiyada olmaq böyük bir şərəf işi idi.
...Anar bir ləyaqət nümunəsidir. Allah verən ömrü ləyaqətlə və şərəflə yaşamaq xoşbəxtlikdir. Anar xoşbəxt adamdır.
...Dünyada indiyə qədər milyonlarla Musa adında adam olub və var. Amma hər Musa adı çəkiləndə, yalnız bir Musa – Musa peyğəmbər yada düşür.
Dünyada bundan sonra nə qədər Anar adlı adam olsa da, - hər Anar adı çəkiləndə bir Anar yada düşəcək: bizim müasirimiz və ağsaqqalımız, tanıdığımız, sevdiyimiz və varlığı ilə qürur duyduğumuz ANAR.(modern.az)

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar