Xəbər lenti
49 il danışa bilməyən azərbaycanlı qadının dilini açdılar - VİDEO

Tatarıstanın Kazan şəhərinin transpantoloqları anadangəlmə qüsuru olan azərbaycanlı qadın üzərində apardıqları unikal əməliyyat nəticəsində qadının səsinin qarşısını alan maneəni aradan qaldıraraq, onun danışmasını bərpa ediblər.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, 49 ildir, qırtlaqda yuxarı neobun olmaması səbəbindən danışa bilməyən, hətta normal yemək yeməkdə çətinlik çəkən Sətayə Baxşıyeva bu illər ərzində öz səsini eşitməyib, yalnız kağızda yazaraq və əl-ayaq jestləri ilə fikrini çatdırıb.
Əməliyyat materialı üçün qadının biləyindən dəri və toxuma götürən cərrahlar 4x6 sm-lik qüsuru çətin mikrocərrahi metodla bağlaya biliblər. Əməliyyatı Tatarıstanın üz-çənə plastik cərrahiyyəsi üzrə baş cərrahları həyata keçirib.
Əməliyyatdan 10 gün sonra qadın həyatında ilk dəfə öz səsini eşidib. İndi normal danışmağa cəhd edən qadının getdikcə nitqi və səsi tam yerinə oturacaq. Ailəsi və yaxınları qulaqlarına inanmasa da, Sətayə nəinki danışacaq, hətta sevdiyi mahnıları da oxuya biləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar