Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Allah Adəmdən sonra insan yaratmadı..." - Şeir

Tarix: 10-03-2018 20:20     Baxış: 2592 A- / A+
"Allah Adəmdən sonra insan yaratmadı..."


Dua

(Rüstəm Behrudiyə)

Əl açmaq - göydən asılmış tanrının
ayaqlarına dirəncək olmaqdı;
Əl açırıq asılmış və nəfəssiz birinin
ömrünü beş dəqiqəlik uzatmaq üçün.
Dualar bitəndə qurtulur
tanrılar insan yükündən...
Bükülüb rahat yatırlar
seçilmiş kitab varaqlarında.
İnanmasanız əl basaram alın yazıma...

Tanrının cənnəti yaratdığının
ağzında başlayıb gözündə bitir.
Bizsə boyumuz boyda qaranlığın
cənnətinə inanırıq hələ də...
Hər dünyaya gəlişimiz də küsdürdük deyə,
Allah Adəmdən sonra insan yaratmadı...
Əlinizi yumun adamlar,
Bəlkə qayıdıb insan oldunuz.
Yığın sərgilərdəki
uzunqol abır köynəklərini.
Çıxarın üstünüzdən rəngi solmuş,
kir basmış kentavr köynəklərini...

Tural Turan
2018

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar