Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Xaricdən pul alanda medianın müstəqilliyinə xələl gəlmir, amma dövlət vətəndaşına yardım edəndə medianın müstəqilliyi pozulur?"

Tarix: 10-03-2018 14:39     Baxış: 2451 A- / A+
"Xaricdən pul alanda medianın müstəqilliyinə xələl gəlmir, amma dövlət vətəndaşına yardım edəndə medianın müstəqilliyi pozulur?"


Bəziləri xaricdə və daxildə oturub iddia edirlər ki, dövlət mediaya dəstək verməməlidir, bu, medianın müstəqilliynə xələl gətirə bilər. Ancaq bunu deyən adamların özləri bir qayda olaraq xarici dövlətlərdən külli miqdarda pul alırlar, yüz minlərlə, milyonlarla dollar məbləğində yardım alırlar.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət deyib.

A.Həsrət bildirib ki, həmin insanlar xarici ölkələrdən aldıqları bu yardımların qarşılığında Azərbaycan dövlətini tənqid etməklə məşğuldurlar, yaxud ölkə içində xaos yaratmağa xidmət edirlər:

"Mən də sual edirəm: necə olur ki, xarici dövlətdən maliyyə yardımı almaq medianın müstəqilliynə xələl gətirmir, amma bir insanın, bir vətəndaşın, jurnalistin öz dövlətindən aldığı dəstək medianın müstəqilliyinə xələl gətirir? Təbii ki, burada məntiq yoxdur, sadəcə olaraq, o adamların məqsədi Azərbaycan mətbuatını və Azərbaycan dövlətinin media siyasətini gözdən salmaqdır. Bax bu cür məsələlərdə diqqətli olmalıyıq və çalışmalıyıq ki, o cür fikirlərlə cəmiyyəti çaşdırmaq, ajiotaj yaratmaq, manipulyasiya etmək istəyən insanların qarşısını birlikdə alaq".

O qeyd edib ki, Azərbaycan dövlətinin mediaya verdiyi dəstəyin məqsədi heç də medianın müstəqilliyini əngəlləmək deyil, sadəcə olaraq medianın daha müstəqil, daha möhkəm dayaqlar üstündə dayana bilməsidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar