Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalist təşkilatı Cəlilabadda multikultural dəyərləri təbliğ edib

Tarix: 04-10-2016 17:47     Baxış: 3368 A- / A+
Jurnalist təşkilatı Cəlilabadda multikultural dəyərləri təbliğ edib



"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Region gəncləri arasında multukiltural dəyərlərin təbliği” adlı layihənin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir Cəlilabad şəhərində baş tutub. Tədbirdə Cəlilabad rayin İcra Hakimiyyətinin əməkdaşları, QHT nümayəndələri və gənclər iştirak ediblər.

Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Müdir müavini deyib ki, hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısnı almaqdır. “Təqdirəlayiq haldır ki, QHT-lər bu prosesdə öncülülk edirlər”, - deyə L.Hüseynov bildirib.
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi jurnalist təşkilatı bir neçə aydır ki, Göyçay, Şirvan, Cəlilabad və Tovuz şəhərlərində yaşayan gənclər arasında multikultural dəyərləri təbliğ edir: “Məqsədimiz ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir”.

S.Verdizadə həmçinin vurğulayıb ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: "Bu isə bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub”.

Layihənin eksperti Teyyub Mirqasımov multikultural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycanda mədəniyyətlətin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktor müavini Eyvaz Məmmədov isə bildiirb ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir.

Jurnalist təşkilatı Cəlilabadda multikultural dəyərləri təbliğ edib


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar