Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınlar bu davranışları sevmir – KİŞİLƏRİN DİQQƏTİNƏ

Tarix: 08-03-2018 13:25     Baxış: 4284 A- / A+
Qadınlar bu davranışları sevmir

Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır?

Manevr.az lent.az-a istinadən həmin detalları kişilərin diqqətinə çatdırır.

Ağ şalvar: Çox xüsusi bir gün olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma isə əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar 80-ci illərin "Miami Vice" zamanlarında qalıb.

Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyinən varmı? Əgər varsa, əsla geyməyin.

Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parıldayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər zaman təmiz olsun.

Qarınlı kişilər: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Siz istəmirsinizsə, hələ bir fikirləşin ki, qadınların iri qarınlı kişilərdən necə xoşları gəlmir.

Tər qoxusu: Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da, bədəni təmiz olan kişiləri cazibədar sayırlar. Tər qoxusu isə qadına yaxınlaşmağınızda böyük bir təhlükədir.

Ağız qoxusu: Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da çürük bir dişdən irəli gələ bilər. Bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi yeməklərdən uzaq olun. Ağız spreyi, ya da nanəli saqqız işinizə yarayacaqdır.

Qızıl zinət əşyası: Çox zəngin ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri: "Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır". Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər qadınlar tərəfindən heç xoş qarşılanmır.

Çirkli dırnaqlar: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri onun təmizkar olduğu fikrini yaradaraq, qadının gözündə müsbət bir dəyərə çevrilər. Əyri və altı qara dırnaqlı əli heç bir qadın tutmaq istəməz.

Slip çimərlik geyimi: Amerika sahillərində slip geyinən bir kişi görəndə belə deyərlər: "Ya almandə, ya da..." Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip çimərlik geyimlərini yox etməlisiniz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar