Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara xoş xəbər

Tarix: 06-03-2018 19:00     Baxış: 4393 A- / A+
Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara xoş xəbər

Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara sosial müavinət ayrılacaq

Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertәsi keçirilən iclasında «Sosial müavinətlər haqqında» qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən komitә sәdri Hadi Rəcəbli bildirib ki, qanuna 4.0.1.12 -«beş vә beşdәn çox uşağı olan qadına müavinət» adlı maddə əlavə olunur.

Qanuna edilən digər əlavədə isə yuxarıdakı əlavənin davamı olaraq izah olunur ki, «beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir. Eyni zamanda, əlavələr layihəsində bildirilir ki, beşdən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olana qədər verilir. Bildirilib ki, müavinətin miqdarını müvafiq icra hakimiyyəti təyin edəcək. Layihə Parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar