Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Haqqı-ədaləti danmaq ən azı nankorluq və şərəfsizlikdir..."-Yusif HÜSEYN

Tarix: 05-03-2018 21:35     Baxış: 21 227 A- / A+
"Haqqı-ədaləti danmaq ən azı nankorluq və şərəfsizlikdir..."-Yusif HÜSEYN

Bu qeydləri etməyə məcbur oldum, dostlar! Haqqı-həqiqəti, ədaləti danmaq ən azı nankorluq və şərəfsizlikdir...
Cavid Qurbanov əsl el arxasıdı, el adamıdı. El adamı olmaq hər kəsə nəsib olmaz. Gördüyü işlər bunu sübut edir.Cavid müəllim "aydan arı, sudan duru" kamil bir şəxsiyyətdir ki, biz qədirbilən kəlbəcərlilər bunu dərk edirik. Cavid müəllim kimi çox imkanlılarımız var ki, yalnız özləri üçün yaşayırlar. Bu sözümdən inciyən varsa cavabını verməyə hazıram. Tək bircə məqamı nəzərinizə çatdırıram. Ölülərimiz düşəndə qəbirstanlıqlarda qəbir yeri sarıdan necə əziyyətlər çəkirdik. Allah qorusun Cavid müəllim özü kəlbəcərlilərin bu müşkül işini də həll etdi. Güzdəkdən hərbi hissədən bir az Şamaxı istiqamətində Çaylı kəndinə dönən yolun yaxınlığında qanuni qəbristanlıq yeri aldı,yalnız kəlbəcərlilər üçün. Xəqani Kazımovu da Tanrı qorusun, bütün ərazini hasara aldırıb, ərazinin ortası ilə axıra kimi asfalt yol çəkdirib.Hətta yağışdan qorunmaq üçün böyük çardaq da hazırladıb. Bax budu el adamı olmaq. Bəzi nankor şərəfsizlər inşallah əzizləri öləndə, əzizlərini o qəbristanlıqda gorbagor edəndə bunu bəlkə başa düşdülər. Soruşan ola ki, sənin nəsilində də belə bir iş görən varmı? Varsa çıxsın ortaya.Göz kor olsa, vicdan görər. Vay o gündən ki, insanın vicdanı kor ola. Əfsuslar ki, belə vicdanı korlar var. Mövlanə həzrətləri deyir ki, sən gözəl bir məqsəd arxasınca gedəndə xainlər, xəbislər sənə it kimi hürəcəklər. Əgər ki, sən yolda dayanıb o itlərə atmaq üçün daş axtarsan,ləngiyəcəksən. Allah özü kömək olsun yaxşılara. Atalarımız deyib ki: "İt hürər karvan keçər, yel qayadan heç nə apara bilməz."

Yusif HÜSEYN,
şair


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar