Xəbər lenti
Bəşəriyyət nə vaxt məhv olacaq?- TARİX AÇIQLANDI
ABŞ və Böyük Britaniyadan olan alimlər ABŞ-ın Milli Elmlər Akademiyası üçün birgə hesabatı təqdim ediblər.
Hesabata görə, Yer kürəsində ən yaxın bir neçə yüz ildə həyat insan və canlı orqanizmlərin əksəriyyəti üçün qeyri-mümkün olacaq.
Alimlər iqlim dəyişikliklərinin təhlükəsini və temperaturun kritik yüksəlməsini vurğulayırlar. Onların fikrincə, enerjinin istehlakının nəticəsi olaraq iqlim dəyişiklikləri qaçılmaz olacaq. Alimlərin sözlərinə görə, temperatur artıq 2200-2400-cü illərdə bütün heyvanların sağ qalması üçün yararsız olacaq. Qeyd edilir ki, artıq 2100-cü ildə əhalinin artım tempinin azalması da bu prosesi dayandırmayacaq.
İqlim dəyişiklikləri ilə yanaşı, alimlər bir sıra başqa riskləri göstərirlər. Hesabata görə, bu risklər sivilizasiyanın məhvinə gətirib çıxara bilər. Onların arasında nüvə qışı, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir – red.), müxtəlif kosmik cisimlərlə Yer kürəsinin toqquşması, həmçinin süni intellektin inkişafının gözlənilməz nəticələri kimi risklər var.
Daha əvvəl britaniyalı məşhur fizik Stiven Xokinq xəbərdarlıq edib ki, Yer planetində davam edən qlobal istiləşmə həyatı dözülməz edəcək və ultrayüksək temperatura görə planet cəhənnəmə çevriləcək.
Fizik əmindir ki, istixana qazlarının tullantıları azaldılmasa, Yer kürəsi səthində 460 dərəcə temperatur olan Veneranın taleyini yaşaya bilər. Xokinq vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Paris İqlim Razılaşmasından çıxmaqla bağlı qərar verməklə planetə ölüm hökmü çıxarıb.
Qeyd edək ki, Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatına görə, 4 milyard il əvvəl Venerada həyat Yer kürəsindəki indiki həyata oxşar idi. Venerada iki milyard il boyunca su, atmosfer, bitki və temperaturun planetimizlə təxminən eynilik təşkil etdiyi deyilir. Ancaq atmosferində istixana qazlarının toplanması ilə dənizlər və okeanların məhv olduğu, Veneranın sürəti saatda 300 kilometrə çatan isti küləklərin olduğu bir planetə çevrildiyi bildirilir.
Nəzərə alaraq ki, Yer kürəsinin yaşı orta hesabla 4,5 milyard ildən ibarətdir, onda Xokinqin fikrincə, Yer kürəsi artıq 500 milyon il sonra “cəhənnəm”ə çevrilə bilər.
Xokinqin fikrincə, bəşəriyyət sağ qalmaq istəyirsə, ən yaxın 200-500 ildə kosmosda yeni ev tapmalıdır.
Alim hesab edir ki, yaxşı koloniyaların yaradılması üçün Ay və Mars daha münasibdir. Onun fikrincə, Ay 30, Marsda isə 50 il ərzində koloniya yaradıla bilər.
Bundan başqa, Xokinq Günəş sistemini tərk etməyi və bizə ən yaxın ulduzlar sisteminə – “Alfa Sentavra”ya yola düşməyi təklif edib. Alimlərin fərziyyəsinə görə, bu sistemdə həyat üçün yararlı olan “Proxima b” planeti mövcuddur. Astrofizik uzaq kosmik sərhədlərin mənimsənilməsi ilə Amerikanın Xristofor Kolumb tərəfindən kəşfini müqayisə edib. O, başqa planetlərə miqrasiyanı insan sivilizasiyasının təbii inkişaf yolu adlandırıb.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar