Xəbər lenti
Xətaidə sürücü polislərə silahlı HÜCUM ÇƏKDİ
Bakının Xətai rayonunda sürücü polisə müqavimət göstərib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.
Bu zaman sürücü idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.
Pərviz Həzili polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar