Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Mətbuat Şurası jurnalistin ölümi ilə bağlı nekroloq yaydı

Tarix: 03-03-2018 22:00     Baxış: 2374 A- / A+
Azərbaycan Mətbuat Şurası jurnalistin ölümi ilə bağlı nekroloq yaydı

Manevr.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun faciəli ölümü ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir ki, "Azərbaycan mətbuatına ağır itki üz verib. Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişib. Onun vaxtsız vəfatı hər birimiz üçün dərin üzüntü və sarsıntıdır.

Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub, həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün fəallığı ilə seçilib.

Ə.Kərimov peşəkar hüquqşünas idi. O, hüququ və jurnalistikanı daim vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı. İdeya və baxışlarını 1992-ci ildə yaratdığı “Femida” qəzetində gerçəkləşdirməklə bu vəzifənin icrasında təkrarsız və bənzərsiz nümunə ortaya qoyurdu.

Əməksevərliyi, prinsipiallığı, hadisə və proseslərə məxsusi baxışı ilə həmkarlarının hörmətini qazanmış Ə.Kərimovun yoxluğu ilə barışmaq son dərəcə çətindir. Allahdan mərhum həmkarımızın doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar