Xəbər lenti
"Qənirə xanımın yanında milyonlarla onu sevən və dəstəkləyən insanlar var"-Həbib Misirov
Qeyd etdiyimiz kimi, bir-neçə gündür bəzi saytlarda və sosial şəbəkədə Qənirə Paşayevanın xaricdə mühacirətdə olan bir nəfərlə təsadüfən çəkilən şəkli faciə kimi qabardılır. Və xanım millət vəklinin əleyhinə yersiz kampaniya aparılır. Bu da cəmiyyət arasında etirazla qarşılanır.
Manevr.az “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirovun bu barədə fikrlərini təqdim edir:
"Millət vəkili Qənirə xanım Paşayeva vətənimiz və millətimiz üçün şərəflə xidmət edən vətənpərvər ziyalı xanımdır.
Ölkəmizin haqq səsini bütün dünyaya catırır. Məhz onun fəaliyyəti nəticəsində Türkiyənin bir cox yerlərində Xocalı şahidlərinin xatirəsinə abidələr ucaldılıb və Qarabağ parkları salınıbdır. Bir cox ədəbi va mədəni layihələrin rəhbəri olub. Bu layihələr vasitəsi ilə ölkəmizin milli-mənəvi sərvətlərini təbliğ edibdir. Bu gün bəzi üzdəniraq insanlar ona qarşı qarayaxma kampaniya aparırlar. Avropada ermənipərəst qüvvələr tərəfindən maliyələşən Orduxan Teymurxan kimi bir vətən xaini hansısa bir tədbirdən cəkilmiş şəkil paylaşır, bəzi üzdəniraq insanlar isə o şəkildən öz çirkin məqsədləri üçün istifadə edirlər. O insanlardan soruşuram, niyə Qənirə xanımın bu vətən, bu millət üçün etdiyi xidmətlərindən də danışmırsınnız? Cünkü siz yaxşı işləri görməyə korsunuz. Həmişə öz çirkin xəbis niyyətlərinizi yayırsınız. Qənirə xanım sizin kimi vətən xainlərinə öz sözünü gördüyü əməlləri ilə deyir. Bunu da bilin ki, sizin kimi üç-beş nəfərin yalan, şər va böhtan xarakterli cıxışlarınız Qənirə xanımı bu vətən üçün gördüyü işlərdən cəkindirməyəcək. Qənirə xanımın yanında milyonlarla onu sevən və dəstəkləyən insanlar var."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar