Xəbər lenti
Müdafiə Nazirliyi hesabat verdi
Müdafiə Nazirliyi fevral ayında müxtəlif mövzularda 20-dən artıq tədbir və layihə həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə qurum bu tədbirləri Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Hərbi Prokurorluğu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi, “Sağlam Ailə” Ailələrin Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası ilə birgə hərbi hissələrdə təşkil edib.
Tədbirlər əsasən Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Qusar, Qazax, Şəmkir və Gəncədə keçirilib.
Gənclər Günü, hərbi hissələrin yaradılmasının ildönümləri, Xocalı şəhidlərinin anım mərasimləri, eləcə də digər tədbirlərlə əlaqədar cəbhəboyu zonada yerləşən hərbi hissələr, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrində şəxsi heyətlə keçirilən görüşlərdə deputatlar, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə fevralda Müdafiə Nazirliyi tərəfindən 92 rəsmi məlumat, 60 foto və 8 videomaterial hazırlanıb, eləcə də media nümayəndələrinin 5 sualı cavablandırılıb.
Yerli televiziya kanallarına cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılması üçün 2 icazə məktubu verilib. Bundan əlavə, “TRT World” televiziya kanalının nümayəndələri də Müdafiə Nazirliyində akkreditə olunaraq cəbhə xəttində yerləşən bölmələrdə çəkilişlər aparıblar.
Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən müxtəlif bölgələrdə təşkil olunan 6 tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar