Xəbər lenti
İki ölkənin səfiri "İdrak" liseyində olub :Bahar bayramı ilə bağlı
Rumıniyanın ölkəmizdəki səfiri Dan Yanku və səfirliyinin əməkdaşları, eləcə də Moldovanın Azərbaycandakı səfiri George Leuke Bakının Binəqədi rayonunda yerləşən İdrak Liseyinin şagirdləri ilə görüşərək bu günlərdə qeyd edilən, Rumıniya folklorunda Martişor adlanan Bahar bayramı ilə bağlı şagirdlərə məlumat veriblər. Bildirilib ki, rumın xalqının qədim yaz ənənələri olan Martişorla Novruzun oxşar cəhətləri çoxdur və ya demək olar ki, eynidirlər. Çünki hər iki bayram özündə yenilənmə, yenidən oyanma, qarşıdakı ilin gözəllik və xoşbəxtlik gətirəcəyinə inam kimi gözəllikləri toplayıb.
Martişor bayramının özəllikləri hansılardır, xalq bu günlər nə edir - öyrənməyə çalışaq:
Alimlər Martişorun əlamətlərinə bənzər 2 min yaşı olan qədim əşyalar tapıblar ki, onlar boyuna taxılmaq üçün ip parçasına keçirilmiş, kulon kimi taxıla bilən ağ və qırmızı rəngli çay çınqıllarıdır. Bu iki rəng - qırmızı rəng qadınların həyatiliyini, ağ rəng isə kişilərin müdrikliyini göstərə bilərdi. Beləliklə, Martişor toxunuşu (ağ sapla qırmızı sapın bir-birinə toxunması) bu iki özülün ayrılmaz qarışığını tərənnüm edir. İndiki dövrümüzdə, kişilər yazın rəmzi olan Martişoru gənc qız və xanımlara hədiyyə edirlər. Amma Martişor həmçinin, qızlar tərəfindən də öz dostlarına, analarına, nənələrinə hədiyyə edilə bilər.
Moldovada isə hələ də gənc qızların oğlanlara Martişor bağışlaması adəti qalır. Adətə görə, ağ və qırmızı ilə toxunmuş sapa kiçik əşya olaraq bərkidilmiş rəmzlər, qız və ya oğlanın seçdiyi insana arzusunu bildirir. Ən məşhur rəmzlər uğur və xoşbəxt tale - dördyarpaqlı yonca, baca təmizləyən adam, at nalı ilə yanaşı, saflıq və sağlamlığı (novruzgülü), cavanlığı (parabüzən, ördək balası, cücə) tərənnüm edir. Martişor adətən martın ilk on günündə və hətta bütün mart ayı boyunca taxılır. Deyilənə görə, sahibini pis gözdən və uğursuzluqda qoruyur. Çıxarıldıqdan sonra isə Martişor ağac budağından asılır. Bu da öz növbəsində həyatın dirçəlişini və asıldığı ağaca məhsuldarlıq gətirməsini göstərir. Əfsanələrdə deyilir ki, Martişoru ağac budağından asarkən arzu tutulursa ürəkdə, o həmin il həyata keçər.
Rumıniyanın regionlarında bayram qəribə adətlərin yerinə yetirilməsi ilə müşaiyyət olunur. Məsələn, ölkənin şimal-qərbində hər yazın başlanğıcında qızlar yağış suyunda islanır. Bununla da onlar daha sağlam və gözəl olacaqlarına inanırlar. Qərb əyalətlərinin əfsanələrində isə, qızlar meşə giləmeyvələrinin yarpaqlarından toplanan suda çimərsə, həmin il ərə gedəcəklər. Ölkənin mərkəzi bölgəsi olan Transilvaniyada Martişor darvaza və pəncərələrdən, eləcə də öküzlərin buynuzlarından asılır ki, şər nəzərləri özlərindən uzaqlaşdırsınlar. Şimal-şərqi Rumıniyada martın 1-də qızlar hələ də öz kəndlərindəki oğlanlara Martişor bağışlayırlar. Keçmişdə analar evlərinə uğur və xoşbəxtlik gəlsin deyə, ağ və qırmızı yun saplardan Martişor toxuyar, ona gümüş və ya qızıl parçası keçirərdilər. Gənc qız və oğlanlar bu rəmzləri martın 1-də günəş doğmazdan əvvəl biləklərinə dolayardılar. Gümüş parçası sağlam həyat əlamətinin, qırmızı sap isə al yanaqlar mənasını tərənnüm edirdi.
Martişor haqqında əfsanələrin birində deyilir ki, bir gün Günəş gənc oğlan simasında göydən yerə enir, kəndlərdən birində bazar günü rəqslərinə qoşulur. Bu zaman Əjdəha onu oğurlayıb zindana salır. Günəşdən sonra dünya yasa qərq olur. Quşlar oxumur, çaylar axmır, uşaqlar isə daha gülmürlər. Amma heç kimin cürəti çatmır ki, Əjdaha ilə vuruşsun. O zaman bir gənc qərara alır ki, Günəşi xilas etsin. İnsanlar öz güclərini bu gənc oğlana ötürərək, ondan Əjdahanı məğlub edib, Günəşi zindandan çıxarmaq üçün kömək istəyirlər.
Gənc oğlan üç fəsli – yay, payız və qışı dəf edərək, doqquz ay yol gedir. O, Əjdahanın qəsrini tapır və döyüşür. Gənc oğlan üç gün sonra Əjdahanı öldürür. Günəş azad olur. Lakin gənc oğlan Əjdaha ilə vuruşda ağır yaralandığı üçün yaz fəsli Yer üzərinə qədəm qoymamışdan əvvəl dünyasını dəyişir. Onun isti qanı təmiz ağ qarın üzərinə ləkə salır və bu zaman istinin təsirindən əriyən qarın altında novruzgülü canlanır - Yazın gəlişini tərənnüm etməyə başlayır.
Deyilənə görə, bu hadisədən sonra hər il gənc oğlanlar qırmızı və ağ sapı bir-birinə toxumağa başlayırlar. Onlar bu toxuduqları ipi sevdikləri qızlara və ya sevdikləri yaxınlarına hədiyyə edirlər. Qırmızı rəng Günəşi azad edərkən ölən gənc oğlanın qanına xatirə olaraq, gözəl olan hər şeyə sevgini, ağ rəng isə sağlamlığı və yazın ilk gülü olan novruzgülünün saflığını tərənnüm edir.hafta.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar