Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qənirə Paşayeva bir dava adamıdır, Türk varlığı üçün daima mücadilə edir"- İlqar İlkin

Tarix: 01-03-2018 22:08     Baxış: 2664 A- / A+
"Qənirə Paşayeva bir dava adamıdır, Türk varlığı üçün daima mücadilə edir"- İlqar İlkin


Sosial şəbəkədə millət vəkili Qənirə Paşayevaya qarşı hansısa qüvvələrin apardığı kampaniya təbii olaraq birmənalı qarşılanmadı. Bu arada millət vəkilinin müdafiəsinə qalxanlardan biri də ATXƏM İB-nin icraçı katibi, "Birlik" dərgisinin baş redaktoru, şair, jurnalist İlqar İlkin oldu.
Manevr.az İ.İlkinin fikirlərini oxuculara təqdim edir:

"Son günlər Milli Məclisin deputatı Qənirə xanım Paşayevaya qarşı alçaqca iftiralar atıb, onu Hollandiyada yaşayan Azərbaycana qarayaxmaları ilə məşhurlaşan, müxalifətçi bloger Orduxan Teymurxanla çekilmiş selfisini paylaşanların əsl hədəfi milli, vətənpərvər, əsl türk övladı olan və Azərbaycan maraqlarını yorulmadan müdafiə edən dəyərli millət vəkilimizə qarşı bir sobataj kimi dəyərləndirirəm.

Qənirə xanımın fəaliyyətini, gördüyü işləri müzakirə etmək də olar, tənqid etmək də. Amma əsla onu dövlətimizə, dövlətçiliyimizə,millətimizə, xalqımıza, milli maraqlarımıza qarşı ola biləcəyini söyləmək bir yana, düşünmək belə olmaz.

Xatırlayıram ki, iki il əvvəl avqust ayında Macarstanın Buğac bölgəsində Hun-Türk Turan qurultayı keçirilirdi və Qənirə xanım Paşayeva da orada iştirak edirdi. Qurultaya bütün Türk xalqlarının nümayəndələri qatılmışdı və onlar hər addımbaşı Qənirə xanıma yaxınlaşır, tanış olur və şəkil çəkdirirdilər.

Bir dəfə yenə Qənirə xanımın ətrafında tünlük yaranmışdı və onunla hər kəs şəkil çəkdirir, selfi edirdi. Birdən bir nəfər hövlank şəkildə telefonunu mənə verib Qənirə xanımla şəkil çəkdirdi.Telefonu məndən alandan sonra soruşdu ki, abi, bu kimdir, hər kəs onunla fotograf çəkdirir?. Dedim bes tanımadığın bir nəfərlə niyə fotoqraf çəkdirdin o zaman? Adam dedi ki, abi, görürəm çox önəmli və məşhur bir adamdır, o üzdən fotoqraf çəkdirdim.

Qənirə xanım aktiv bir siyasətçi, millət vəkilidir. Hər kəs ona yaxınlaşıb foto çəkdirməyi rica etsə o nəzakət göstərib, buna izn verər. Onunla şəkil çəkdirən hər kəsin sonrakı həyatına, fəaliyyətinə isə o məsuliyyət daşıya bilməz.

Qənirə Paşayeva bir dava adamıdır, Türk varlığı üçün daima mücadilə edir! O üzdən davası davamdır, apardığı mücadiləsində də yanındayam!
Bu cür üsullarla Qənirə Paşayevaya təsir etməyə çalışmaq, ona qara yaxmaq acizlikdir..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar