Xəbər lenti
"Bəzi antitürk ünsürlərin başına "Qənirə daşı"nın düşməsi təbiidir"- Azər HƏSRƏT
Əməkdar jurnalist Azər Həsrət son günlər deputat Qənirə Paşayeva barəsində söylənilən siyasi xarakterli bəzi xoşagəlməz söz-söhbətə münasibət bildirib. Manevr.az A.Həsrətin qeydlərini oxuculara təqdim edir:
"Son günlər sosial mediada hörmətli deputatımız, türk dünyasının səsi Qənirə Paşayevanın Avropadakı bir ayaqyolu ünsürüylə şəklini paylaşıb xanım deputatı öz ağıllarınca "topa tutanlar" peyda olub. Guya ki, Qənirə xanımın o adamla siyasi yaxınlığının olması görüntüsünü yaradırlar bu yolla. Nə deyim? Ağlınıza keçə yamayım. Adam nə qədər təfəkkürcə aşağı olmalıdır ki, belə bir aşağı səviyyəli əmələ yol versin? Başa düşürük, bəzi antitürk ünsürlərin başına bu Qənirə daşının düşməsi təbiidir. Amma bu qədər də olmaz ki..."
Bu arada onu da əlavə edim ki, mən istənilən şəxslə şəkil çəkdirməyə normal baxıram. Özüm də hətta ən qatı əleyhdarlarımla, radikal müxaliflərlə şəkil çəkdirib paylaşıram. Əlbəttə ki, bu hal mənim siyasi baxışlarıma təsir etmir, edə də bilməz. İndi kimsə Qənirə xanımla haçansa çəkdirdiyi şəkli paylaşırsa, bundan faciə düzəltmək, dəyərli millət vəkilimizə hücum etmək ayıb bir şeydir".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar