Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı - TƏFƏRRÜAT

Tarix: 01-03-2018 12:05     Baxış: 4349 A- / A+
Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı - TƏFƏRRÜAT



Zaqatala rayonunda 4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanlıb.


Manevr.az report-a istinadən xəbər verir ki, rayonun Muxak kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətində təndirin çardağında ipdən asılı vəziyyətdə aşkarlanıb. Hadisə zamanı evdə onun anası və 15 yaşlı qardaşı olub. H.Məmmədovun çobanlıqla məşğul olan atası Nazim Məmmədov hadisədən bir neçə saat əvvəl qışlağa gedib.

Valideynlərinin "Report"a verdiyi məlumata görə, hadisədən bir neçə saat əvvəl H.Məmmədov qonşuluqda yaşayan məktəb yoldaşıgilə dərslərini hazırlamağa gedib: "Oradan çıxdıqdan sonra qardaşı ilə birgə mal-qaranı rahatlamaq üçün evə qayıdıb. Qardaşı tövlədə olan zaman H.Məmmədov həyətdəki təndirin çardağında, mal-qaranı bağlamaq üçün nəzərdə tutulan kəndiri boğazına bağlayıb, ayağının altına 3-4 kərpic qoyub".

Valideynləri ehtimal edir ki, 11 yaşlı Hafiz oyun oynayan zaman təsadüfən kəndirə ilişib və boğulub: "Ola bilər ki, ayağının altına qoyduğu kərpiclər sürüşüb və kəndir boğazını sıxaraq boğulub. Hafizin heç bir ruhi xəstəliyi, intihar etmək üçün psixoloji problemi və hər hansı dərdi olmayıb. O, nə başa düşür ki, intihar etmək, özünü asmaq nədir?! Sadəcə oyun oynamağı sevirdi".

Dərsini hazırlamaq üçün getdiyi qonşu qızın anası isə bildirib ki, Hafizlə qızı birlikdə dərslərini hazırlayıb sağollaşıblar: "Hafiz tərbiyəli və savadlı uşaq idi. Həm dərslərini yaxşı bilirdi, həm də evdə ailəsinə təsərrüfat işlərində kömək edərdi. Bizim evdən yeni çıxmışdı ki, eşitdik özünü asıb".

Onun oxuduğu məktəb müəllimləri də dərslərini normal oxuduğunu və bu günə qədər heç bir problemi olmadığını bildiriblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar