Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur türk serialında Azərbaycana qarşı sayğısızlıq – VİDEO

Tarix: 28-02-2018 15:16     Baxış: 2876 A- / A+
Məşhur türk serialında Azərbaycana qarşı sayğısızlıq – VİDEO


Türkiyədə nümayiş olunan "Sən anlat Karadeniz” serialında "Əli və Nino”nun Azərbaycan romanı olması qeyd edilməyib.

Məşhur romanının süjeti adi məhəbbət əfsanəsi kimi təqdim edilib.

Osman Sınavın rejissoru olduğu serialda Tahir adlı qəhrəman Nəfəs adlı qadına Batumidə yerləşən "Əli və Nino” abidəsini göstərək onların sevgi macərasından danışır.

Lakin Əlinin (Əlixan Şirvanşir) azərbaycanlı olduğu, Bakıda doğulub-böyüdüyü, hadisələrin Bakıda baş verməsi və Əlinin 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti uğrunda müharibə zamanı həlak olması qeyd olunmur.

Əksinə əsər çox ümumi şəkildə şərqli bir kişi ilə qərbli qadının nakam məhəbbət əfsanəsi kimi göstərilir. Serialda "Nino” obrazı avropalı kimi təqdim olunur. Nə əsərinin müəllifi (Əsərin müəllifinin Qurban Səid və ya Yusif Vəzir Çəmənzəminli olduğu ehtimal edilir) barədə, nə də hadisələrin Azərbaycanda keçməsi haqda danışılır.

Qeyd edək ki, "Əli və Nino” romanı iki bakılının - müsəlman Əlixan Şirvanşirlə gürcü qızı Nino Kipianinin sevgi macərasından bəhs edir. Əsər 1918-ci ildə yazılıb, ilk dəfə 1937-ci ildə Avstriyada, alman dilində nəşr edilib.

"Əli və Nino” dünyanın 33 dilinə tərcümə edilib.

2011-ci ildə Gürcüstanın Batumi şəhərində "Əli və Nino” adlı abidə ucaldılıb. Hərəkətli, metal konstruksiyanın hündürlüyü 7 metrdir, abidənin fiqurları on dəqiqə ərzində qovuşub sonra təzədən ayrılırlar.

Abidənin müəllifi Tamara Kvesitadzedir.

Serialdan həmin kadrları təqdim edirik./kulis.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar