Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir yalandan nə vaxt əl çəkəcək?

Tarix: 28-02-2018 11:52     Baxış: 4312 A- / A+
Nazir yalandan nə vaxt əl çəkəcək?



Sumqayıt hadisələri - tarixin gizli üzü

Ermənistanın xarici işlər naziri görəsən nə vaxtsa yalan danışmaqdan əl çəkəcək? Çətin. Bu onun əsas işidir...

“Azərbaycan Sumqayt hadisələrinə görə, hər yolla məsuliyyətdən qaçmağa və diqqəti yayındırmağa çalışır. Bunun üçün isə Xocalı təbliğatından istifadə edir”. Bu sözlərin müəllifin erməni XİN rəhbəri Edvard Nalbandyandır. Xocalıda baş verən qətliam, qadınlar, qocalar, uşaqların vəhşiçəsinə öldürülməsini dünyaya yaymağa təbliğat demək ancaq onun ağlına gələr.

Sumqayıtda 30 il öncə baş verən hadisələr isə nəinki İrəvan, Moskvadakı, o cümlədən KQBdəki ermənilərin elə özləri tərəfindən dəqiq planlaşdırılmış və yaxşı təşkil edilmiş hadisə idi. İrəvan üçün bu konfilikt, hətta qan tökülməsi hava-su kimi lazım idi. Onlar bu hadisədən sonradan Qarabağdakı hərbi əməliyyatlara haqq qazandırmaq, bütün dünyanı yeni qondarma soyqırımı yalanı ilə aldatmaq istəyirdilər.

Sumqayıtın bu məqsədlə seçilməsi heç də təsadüfi deyildi. Onu SSRİ-nin dörd tərəfindəki həbsxanalardan vaxtından əvvəll azad edilən şəxslər idarə edirdilər. Çoxları sonradan orada qalıb yaşadılar. Bundan başqa şəhər Ermənistandan, öz ev eşiklərindən silah gücünə qovulanlarla dolu idi. Sumqayıt hadisələrini Xankəndi və İrəvanda Azərbaycana qarşı müharibə tələbi ilə hər gün keçirilən mitinqlər alovlandırdı. Bu mitinqlər xalqı, o cümlədən Sumqayıtda yaşayan əhalini də hiddətləndirməyə bilməzdi. Ermənilər hər şeyi planlaşdırmışdılar, təxribatçı da hazır idi - Eduard Qriqoryan. O, özü ermənilərlə haqq-hesab çəkməyin vaxtı olduğunu hamıdan bərk qışqırırdı.

O, vaxt mənt “Vremya”nın müxbiri işləyirdim. Operator Nadir Zeynalovla birlikdə Sumqayıta girməyə çalışdıq. Amma hərbçilər bizi saxladılar. Ancaq 2 gün sonra mənə redaksiyadan zəng gəldi, dedilər ki, SSRİ Müdafiə Nazirliyindən icazə alınıb və mən Sumqayıta gedə bilərəm. Şəhərdə hərbçilər bizi xüsusi bölük rəhbərlərindən birinin yanına gətirdilər. Ancaq görünür ki, o da qarşısında rusları yox, azərbaycanlını gördüyü üçün çox təəssüflənirdi. Hətta obyektivliyimizə də şübhə etdi.

Tanışlıqdan sonra o bizi hansısa mayora tapşırdı və həmin şəxs dərhal bizi sərt qadağalarla tanış etməyə başladı. "Küçələri çəkməyin, orada zirehli maşınlar var. Müsahibə verəcək insanları özümüz seçəcəyik". Onda hələ Nadir belə sual da verdi - “bəlkə materialı özünüzü çəkib göndərərsiniz?”. “Xahiş edirəm özünüzü ağıllı göstərməyin”, - deyə mayorun cavabı gecikmədi.

Bundan sonra müsahibə üçün bir qrup adam gətirildi. Qəribə olsa da, onlar mərkəzi komitə, Qorbaçovu, sovet ordusunu tərifləməyə başladılar. Bəziləri isə yenidənqurmanın neçə yaxşı olduğundan danışırdı. Görünür yazıqların dirijoru yaxşı olub. baş verənlərə dözə bilmədik və çəkilişdən imtina edərək Moskvaya zəng etdik. Eşitdiyim cavab isə belə oldu - “sən heç nə çəkmə. Yəqin ki, Mərkəzi komitənin bu barədə bəyanatı olacaq". Biz daha bir neçə saat Sumqayıtda qaldıq, insanlarla söhbət etdik. Onlar danışırdılar ki, baş verən hadisələrdən dərhal sonra xarici KİV-də fotolar meydana çıxdı. “Baxın, sizi şəhərə buraxmadılar. Amma hər şeyi hansısa və haradansa gəlmələr çəkirdilər. Demək onlar hadisələrin yerini, tarixini əvvəlcədən bilirdilər”.

Onda mən ilk dəfə kökləri bütün dünyaya yayılan, indi isə Sumqayıta kimi uzanan erməni mafiyasının necə güclü olması haqqında düşünməyə başladım...

Mais Məmmədov, Əməkdar jurnalist

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar