Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçildi - FOTO

Tarix: 27-02-2018 13:46     Baxış: 4268 A- / A+
Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçildi - FOTO


Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib.

Manevr.az xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasında cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən nüfuzlu, müdrik insanlar toplaşıb: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində hər zaman ağsaqqalların xüsusi rolu olub. Ağsaqqallar cəmiyyətdə daim nüfuzu olan şəxslər kimi seçilib. Azərbaycan Ağsaqqallar Şurası çətin dövrdə, 1990-cı ildə yaranıb. Həmin dövrdə belə bir təşkilatın yaranması məntiqi idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşkilat ardıcıl şəkildə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməyə başlayıb. Həmin dövrdən başlayaraq ölkədə gedən proseslərin tənzimlənməsində Azərbaycan ağsaqqalların rolu daha qabarıq şəkildə özünü göstərir. Müharibə şəraitində yaşayan Azərbaycanda gəncliyin yetişməsində, onun qorunmasında kəsərli ağsaqqal sözü hər zaman vacib olub. Bu gün də Azərbaycanın həyatında ağsaqqalların və onların təşkilatının rolu nəzərə çarpır. Ölkədə dinamik proseslər gedir, ictimai-siyasi həyatda yeniliklər baş verir. Sosial, iqtisadi sahələrdə dərin islahatlar aparılır. Bunların hamısı xalqın gələcəyi üçün edilir. Bütün bu işlərin icrasında ağsaqqalların da böyük rolu var. İnanıram ki, ağsaqqallar dövlətin, xalqın yükünü çiynində aparan insanlar kimi hər zaman öndə gedəcəklər".

Şuranın sədr müavini, akademik Teymur Bünyadov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilməsinə görə Fəttah Heydərovu təbrik edib, bunu ölkə ağsaqqallarının fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycan Ağsaqqallar Şurası ötən 5 il ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.


Qurultayda akademik Əhliman Əmiraslanov, Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və başqa şəxslər çıxış ediblər.

Təşkilatın sədri, Milli Məclisin deputatı F. Heydərov yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, F. Heydərov 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının Vl qurultayında təşkilatın sədri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar