Xəbər lenti
Bu tapıntılar kriminal tarixin ən sirli qətlinin üstünü AÇA BİLƏR - FOTO
Fransada aşkar edilmiş insan sümükləri tədqiq edilir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qalıqlar 100 il əvvəl törədilmiş və ölkənin kriminal tarixində ən sirli qətllərdən biri ilə bağlı ola bilər.
Hüquq-mühafizə orqanlarının versiyasına görə, tapıntı 1923-cü ildə baş verən hadisəyə işıq sala bilər. Həmin vaxt Finister departamentinin baş məsləhətçisi Pyer Kemener itmişdi. Hadisə səlahiyyətlinin SSRİ-yə avtomobil partiyasının çatdırılması ilə bağlı Parisə işgüzar səfəri zamanı baş vermişdi.
Kemenerin bədəni aşkar edilmədi. Lakin baş məsləhətçinin həlak olmasında onu müşayiət etmiş məmuru - Morle Qiyoma Sezneki ittiham etdilər. O, partnyorun qətlində günahkar hesab edilərək ömürlük azadlıqdan məhrum olunmuşdu. Proses geniş ictimai rezonans doğurdu, çünki, bir çox hüquqşünasın fikrincə, Seznekin günahının sübuta yetirilməsi üçün kifayət qədər dəlillər təqdim edilməmişdi.
Maraqlıdır ki, Kemenerin mümkün qalıqları keçmiş çaxır zirzəmisinin yerində, ittiham edilən məmurun evində aşkarlanıb. Hüquq-mühafizə orqanları tapılmış sümüklərin Kemenerin yaşına uyğun olmasına əmin olduqdan sonra, sümüklərin nümunələri onun dezoksiribinuklein turşusu ilə yoxlanılacaq. Yoxlamanın aparıldığı müddətdə ev möhürlənənəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar