Sizin Reklam Burada
Xəbər lenti
11-08-2025
10-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəhərə 5 ildən sonra qar YAĞDI

Tarix: 26-02-2018 21:20     Baxış: 4293 A- / A+
Bu şəhərə 5 ildən sonra qar YAĞDI

İtaliyanın paytaxtı Romaya 2012-ci ildən bəri ilk dəfə qar yağıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, məktəblərin tətil edildiyi şəhərin nəqliyyatında da axsamalar yaranıb və yolları təmizləmək üçün ordu vəzifəyə çağırılıb.

"Buran" adlı soyuq hava dalğası İtalyanın böyük qisminə qar gətirib. 6 ildə ilk dəfədir şəhərə qar yağdığını görən romalılar küçələrə axışaraq bol-bol şəkil çəkiblər. Roma bələdiyyəsi bu gün məktəblərdə tətil elan edib. Romanın öyrəşmədiyi qara görə qatar və avtobus səfərlərində axsalamar yaşanıb. Bəzi yollar isə ağacların iri budaqlarının yerə düşməsinə görə hərəkətə qapalı elan edilib. Hətta hava yollarında da kiçik miqyaslı gecikmələrin ola biləcəyi elan edilib.

Roma bələdiyyəsi şəhər sakinlərinə ehtiyac olmadıqca ictimai nəqliyyatdan istifadə etməmələri çağırışını edib. Roma küçələrini qardan təmizləmək və mümkün ola biləcək qəzaların qarşısını almaq üçün ordu iş başına çağırılıb. Küçələrdə yaşayan evsizlər də bələdiyyə və Katolik Kilisəsinə bağlı vəqflər tərəfindən qapalı məkanlara daşınır.

Digər tərəfdən, Roma üçün elə qeyri-adi bir gündə bələdiyyə sədrinin şəhərdə olmaması polemikalara səbəb olub. 5 Ulduz Hərəkatından olan bələdiyyə sədri Virginia Raggi iqlim dəyişikliyi ilə bağlı bir konqresə qatılmaq üçün Meksikaya getmişdi.

Demokratik Partiyadan Stefano Pedica isə deyib ki, "Raggi iqlimdən danışmaq üçün Meksikaya gedir, amma Romadakı avtobusları termik təkərlərlə təmin etməyi unudur. Nəticə? Hər zamankı kimi xaos...”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar