Xəbər lenti
Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Belçikanın paytaxtı Brüssel şəhərində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türk Media Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Manevr.az-a BATXƏM-in icra katib İlqar İlkin məlumat verib.
Tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Gent Türk Ocağının başqanı Rəcəb Tuncər Sarı 25 il öncə Azərbaycanın tarixi torpaqları olan Qarabağ bölgəsindəki işğal faktlarına diqqət çəkərək, bildirdi ki, zaman-zaman türklərə qarşı soyqırımlar törətməkdən çəkinməyən ermənilər, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamlar törətdilər, bu qəsəbədə gerçək bir soyqırım gerçəkləşdirdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar