Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Göyərtilərin beyinə təsiri

Tarix: 26-02-2018 10:34     Baxış: 4270 A- / A+
Göyərtilərin beyinə təsiri

Çikaqoda Raşa Universitetinin apardığı tədqiqata görə, göyərtilərdən hər gün istifadə yaddaşı və koqnitiv (dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir) qabiliyyətləri yaxşılaşdırır.

Manevr.az xəbər verir ki, kahı, ispanaq və çuğundur yarpağı fol turşusuyla zəngindir. Bu bitkilərdə koqnitiv inkişaf üçün çox vacib olan B vitamini qrupu var.

Həkim və tədqiqatın rəhbəri Marta Kler Morris bildirib ki, gündəlik göyərti istehlakı beyin işinə kömək edir və qocalmasının qarşısını alır.

Beş il davam edən tədqiqatda 960 yaşlı könüllü iştirak edib və onların hər il koqnitiv qabiliyyətləri qiymətləndirilib.

Nəticələr göstərib ki, göyərtidən vaxtaşırı istifadə edən şəxslərdə ondan az istifadə edən iştirakçılarla müqayisədə yaddaş və təfəkkür sürətlə işləyib.

Tədqiqat zamanı həmçinin beyin işinə təsir edən digər amillər nəzərə alınıb: Yüksək qan təzyiqi, siqaret və alkoqol istehlakı, piylənmə, təhsil səviyyəsi, fiziki və zehni fəaliyyət.

Tədqiqatın rəhbəri Marta Kler Morris onu da bildirib ki, araşdırma yaşlı insanlar arasında aparılıb. Göyərtilərin beyinlə əlaqəsini öyrənmək üçün bu barədə gələcəkdə daha geniş araşdırmalar aparılacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar