Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Anası tərəfindən məhkəməyə verilən deputat

Tarix: 26-02-2018 04:28     Baxış: 2377 A- / A+
Anası tərəfindən məhkəməyə verilən deputat

99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın ailəsi ilə bağlı problemləri bir neçə gündür ki, mətbuatın gündəmindədir. Belə ki, deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında qızı Sonanı ata mülkünü ələ keçirməkdə ittiham edərək, onu məhkəməyə verdiyini deyib.

Deputatın anası Bəşirə Əliyeva “Azpolitika” saytına açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirib.
Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib. S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Saytda qeyd olunub: “Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib. İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib.

O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə ”mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib, onu evindən qovub”. Sayt yazır ki, millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva onlara müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb: “Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib”.

Bəlli olub ki, mərhum Sakit Əliyev hələ sağılığnda daşınmaz əmlakını qızı Sona Əliyevanın adına keçirib və bununla bağlı vəsiyyətnaməsi də olub. Sakit Əliyev xəstə olan zaman onun istər Azərbaycanda, istərsə də xaricdə müalicəsinə qızı Sona və qardaşı Adil yardım edib. Ən böyük ağırlıq isə Sona xanımın üzərinə düşüb. Ona görə də atası ölümündən xeyli əvvəl mülkünın onun adına keçməsi ilə bağlı vəsiyyətnamə verib. Atasının ölümündən sonra isə belə bir xoşagəlməz məsələ ortaya çıxıb.

Adına hər hansı xələl gəlməsin və gələcəkdə də hər hansı belə xoşagəlməz halların yaşanmaması üçün deputat Sona Əliyeva atasının ona bağışladığı mülklərdən imtina edərək, anası və kiçik qardaşına verib. Sona Əliyeva atasının mülkündə gözü olmadığını bildirib.
Qeyd edək ki, deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə söyləyib ki, artıq problem həll edilib.Gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar