Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Wi-Fiı bu qadın kəşf edib

Tarix: 25-02-2018 20:52     Baxış: 4281 A- / A+
Wi-Fiı bu qadın kəşf edib


Hedi Lamar1949-cu ildə "Samson və Delilah" filmi ilə bütün dünyada tanındı. Hedi, tezlik dəyişdirmə texnikasını inkişaf etdirdi və 1942-ci ildə "Şifrəli Radio Mesajlaşması" sahəsində patent aldı.
Vyanadan olan Hedi Lamar, bir kino ulduzu idi və orduya silah, təyyarə satan bir tacirlə evli idi. Həyat yoldaşı ilə birlikdə qatıldıqları yeməklərdə adətən silah texnologiyası barədə söhbətlər gedərdi və məşhur aktrisa bu səbəbdən müdafiə texnologiyalarına xüsusi maraq hiss edərdi.Evlərindəki dəvətlərə Hitler və Mussolininin qatıldığı bilinir. Almanların uzaqdan idarə edilən partlayıcı qutuları yaratmaq istədiyini həyat yoldaşından eşidən Hedi, bu mövzu ilə yaxından maraqlanmağa başladı. Həyat yoldaşından boşandıqdan sonra, 1938-ci ildə Hollivuda yerləşdi.

1940-cı ildə o, qonşuluqda yaşayan və musiqişünas olan G.Anteylə uzaqdan idarə olunan qutular haqqında düşüncələrindən danışdı. Məqsədi, uzaqdan idarə edilən partlayıcı qutularının, düşmənin siqnal qarışıdırıcıları (jamming) səbəbi ilə idarə etməsinin itirilməsinə mane olmaq idi. Qutunu yönləndirən radio tezliyi düşmən tərəfindən ortaya çıxarıldığı zaman avtomatik olaraq kilidlənir və idarəetmə itirilirdi. Hedibunun həllini tapmışdı, amma texniki dəstəyə ehtiyacı var idi. Uzaqdan idarə etmə alətinin (pult) radio tezliyi daimi olaraq dəyişdirilsə, düşmənin müdaxilə imkanı qalmazdı. Ancaq radio və partlayıcı qutuları eyni anda tezliklərini dəyişdirməli idilər. Bu mövzuda qonşusu Ateyl ona kömək etdi. Həll üsulu, deşikli kağız rulonlara qeyd edilən notlara görə musiqi çalan pianolar idi. Radio vericisinə və qutuya yerləşdirilən və eyni notlar ifa edən rulonlar, tezliyi eyni anda dəyişdirəcəkdilər. Kəşfin patentini 1942-ci ildə almaqlarına baxmayaraq, ordu bununla maraqlanmadı.

Oxşar bir sistem, başqaları tərəfindən 1957-ci ilə tranzistor istifadə edərək hazırlandı. ABŞ ordusu, 1962-ci ildə çıxan Kuba krizində bu sistemdən istifadə etdi. O tarixdə Hedinin patentinin vaxtı bitmişdi. Elektronikanın Qabaqcılları Dərnəyi 1997-ci ildə Hedinin patentini gördü və ona Elektronika Qabaqcılı Ordenini verdi. Hedi Lamarrın tapdığı bu uzaqdan idarəli qutuların, bugünün "Wi-Fi" və "Bluetooth" kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir. (tecnote)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar