Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

Tarix: 24-02-2018 14:00     Baxış: 4656 A- / A+
Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib


Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib.
Manevr.az-ın məlumatına görə, Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cemil Demir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər.
Q.Paşayeva Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb: “Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandır. Biz ədalət istəyirik. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxartmırlar. ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər”.

Şanlıurfa Türk Ocaqlarının rəhbəri Cemil Demir və Şanlıurfa bələdiyyəsinin rəsmiləri çıxış edərək bildiriblər ki, bu cür konfransların gənclər üçün böyük vacibdir. Sonra ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu və həmmüəllifi olduğu “Qarabağ hikayeleri” kitabını imzalı hədiyyə edib.

Konfransdan sonra millət vəkili Q.Paşayeva Şanlıurfanın yerli QHT, KİV rəhbərləri, qadın və gənclər təşkilatları rəhbərləri ilə görüşüb, geniş fikir mübadiləsi olub. Q.Paşayeva həmçinin yerli KİV-lərə Azərbaycanla bağlı, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş müsahibələr verib.

Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib
Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib
Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar