Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Belçikanın Gent şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Tarix: 24-02-2018 11:58     Baxış: 2603 A- / A+
Belçikanın Gent şəhərində  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib


Belçikanın Gent şəhərində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər.

Manevr.az xəbər verir ki, Gent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər; öncəsi və sonrasıyla Qarabağın işğalı - üç nəsil bir trajedi" adlı tədbir və foto-sərgidə diaspor təmsilçiləri, Gent şəhərinin yerli sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gent Türk Ocağının qurucu başqanı Rəcəb Tuncər Sarı 26 il öncə Azərbaycanın tarixi torpaqları olan Qarabağ bölgəsindəki işğal faktlarına diqqət çəkərək, bildirib ki, zaman-zaman türklərə qarşı soyqırımlar törətməkdən çəkinməyən ermənilər, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamlar törətdilər, bu qəsəbədə gerçək bir soyqırım gerçəkləşdirdilər: "Xocalı soyqırımı tarix boyu türk millətinə qarşı edilmiş ən böyük cinayətlərdən biri, bəlkə də ən amansızıdır. Ona görə də biz bu dəhşətli hadisələrin unudulmamasına çalışaraq, bütün dunyaya çatdırmalıyıq".

Gent Türk Ocaqlarının sədri Erdal Böcük də Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı edilmiş cinayət hesab edərək, bu qətliamları törədən lərin ədalət məhkəmələrində cavab verməli olduqlarını bildirib.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxışında ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi səbəblərinə tarixi ekskursiya edərək, bildirib ki, iki yüz ilə yaxın bir vaxtdır ermənilər Azərbaycan əraziləri hesabına qurulmuş dövlətlərinin ərazilərini genişləndirmək üçün zaman-zaman münaqişələr çıxarıb, Azərbaycan torpaqlarına təcavüz ediblər Lakin 26 il öncə törətdikləri Xocalı soyqırımı isə bəşəriyyət tarixinin ən qanlı səhifəsidir və biz bunu əsla unutmayacıq.
ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Xocalı soyqırımını ermənilər və onların havadarları törətməklə,xalqımızın gözünü qırmaq, onlara öz torpaqlarından əl çəkdirmək məqsədi daşıyırdı.Lakin bu cür faciələr, qətliamlar bizi əsla qorxuda bilmədi. Bu gün biz bütün dünyada türk millətinə qarşı bir müharibə, savaş başladıldığını görürük.Biz isə bu savaşdan inandığımız haqq ədalət və yalnız birlik yolu ilə qalib çıxa bilərik. Yalnız birliyimiz nəticəsində bu soyqırımı görməzdən gələn, onu törədənlərdən hesab sormağa cürətləri çatmayan beynəlxalq təşkilatlara təsir edə bilərik, öz həqiqətlərimizi tanıda bilərik.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğunu bildirdi. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmalarınln vacibliyini qeyd edərək, Gent Türk Ocaqlarına göstərdiyi dəstək üçün təşəkkür edib.

Manevr.az

Belçikanın Gent şəhərində  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Belçikanın Gent şəhərində  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Belçikanın Gent şəhərində  Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar