Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistlərin təqaüdləri artırıldı

Tarix: 24-02-2018 10:41     Baxış: 2257 A- / A+
Əməkdar jurnalistlərin təqaüdləri artırıldı




Prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq.


Manevr.az xəbər verir ki, bu sözləri bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırılıb.

Dəyişikliyə görə prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək, gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb. Həmçinin martın 1-dən “Xalq” fəxri adından ötrü təqaüd 150 manat, “Əməkdar” fəxri adına görə isə 100 manat müəyyən edilib. Bundan əvvəl “Xalq” fəxri adına görə 100, “Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənilirdi.

Xatırladaq ki, ölkə mətbuatında “Əməkdar” fəxri adını almış çoxsaylı jurnalistlər var. Onlardan “Yeni Müsavat” qəzetinin baş redkatoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı və digərlərini qeyd etmək olar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar