Xəbər lenti
Ölən şəxslə əlaqə quran texnologiya hazırlanacaq

Isveçli proqramçılar ölən şəxslərin elektron nüsxəsi ola biləcək robot hazırlayırlar.
Bu barədə "Dagen" jurnalı yazıb.
Mütəxəssislər əvvəlcə mərhumun yaxınlarının və tanışlarının dəfn mərasiminin təşkili ilə bağlı suallarını cavablandıra biləcək nitq proqramı hazırlamaq istəyiblər. Daha sonra proqramçılar, mərhumun səsi ilə danışan və sadə söhbətlər edə biləcək robot hazırlamaq qərarına gəliblər. Neyron şəbəkə verilən sualları tanıyacaq və ölən şəxsin həyatda ikən işlətdiyi ifadələrdən ibarət bazada ona cavab axtaracaq.
Texniki mütəxəssislər İsveçin "Feniks" dəfn bürosu şəbəkəsi ilə birgə işləyir. Şirkət rəhbəri Şarlotta Runiusun sözlərinə görə, indi büro səsləri lentə köçürüləcək və proqramla işlənib hazırlanacaq 10 könüllü şəxs axtarır. Süni intellekt, bu insanların ölümündən sonra onları təqlid edə biləcək.
Şirkətin sonrakı addımı, ölənlərin vizual nüsxəsi olacaq bir robotun hazırlanmasıdır.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar