Xəbər lenti
Aşıq Ələsgərin təvəllüdü ilə bağlı sənəd saxta imiş- ŞOK FAKTLAR
Tədqiqatçı-alim Nazir Əhmədli Aşıq Ələsgərin təvəllüdünün saxtalaşdırılması ilə bağlı yeni faktların üzə çıxdığını bildirib. Manevr.az Nazir Əhmədlinin redaksiyamıza yolladığı məktubun tərcüməsini və orijinalını təqdim edir:
Nazir Əhmədli: "Sabutay Hacıyevin və bir qrup fırıldaqçının Rusiya Dövlət Arxivinin adından istifadə edərək, guya oradan Aşıq Ələskərin doğum tarixi ilə bağlı sənəd əldə etmələri haqqındakı 4 fevral 2018-ci ildə yaydıqları iddilarını təkzib etmək üçün həmin arxivim direktoru L.A.Roqovoyaya müraciət etdiyim barədə xəbər vermişdim.
Arxivə göndərdiyim sorğuya cavab gəlib. Cavabda deyilir:
“Rusiya Federasiysının Dövlət Arxivi
19 fevral 2018. №1385-T
Nazir Surxay oğlu Əhmədliyə
Hörmətli cənab Əhmədli!
Sizin sorğunuza cavab olaraq bildiririk ki, İnternetdə http://musavat.com/news/asiq-elesger-haqda-kitabdaki-saxtakarliqlara-qarsi-sened-ortaya-qoyuldu-fotofakt_503316.html ünvanında yerləşdirilən “sənəd” Rusiya Federasiyası Dövlət Arxivinin məlumat məktubu deyil.
Rusiya Dövlət Arxivi məlumat məktublarının formulyarında sorğunun nömrəsi, sorğu verənin soyadı, adı və atasının adı göstərilir (yuxarıdakı “sənəddə” bu elementlər yoxdur). Həm də məlumat xarakterli məktublarda Rusiya Federasiyasının gerbinin təsviri olan dairəvi möhür vurulmur. Göstərilən saytda yerləşdirilən “sənədin” o cür tərtib edilməsi arxivimizin blanklarının tərtibatına uyğun deyildir. Rusiya Dövlət Arxivi direktorunun imzasının şəklini, eləcə də arxivin simvollarını “sənədi” tərtib edənlər çox güman ki, Rusiya Federsiyası Dövlət Arxivinin rəsmi saytından götürmüşlər.
Rusiya Federasiyası Dövlət Arxivinin öz adından danışmaq səlahiyyəti və hüququ vermədiyi hər hansı fiziki və hüquqi şəxs tərəfindən informasiya vasitələrində yerləşdirilən və onların düzgünlüyünü təsdiq edən rekvizitlərin olmadığı “sənəd”də verilən məlumatlar həqiqətə uyğun deyildir.
Məlumat üçün bildiririk ki, “Rusiyada yaşayan azərbaycanlıların milli-mədəniyyət Mərkəzinin prezidenti M.Sadıqovanın Aşıq Ələskər (Ələskər Alməmməd oğlu) haqqında hansısa məlumatın olub-olmaması haqqındakı sorğusuna axtarışlarını davam etdirmələrini tövsiyyə etməklə mənfi cavab verilmişdir.
Qoşma: Rusiya Federasiyası Dövlət Arxivinin 9690-T nömrəli, 30 avqust 2017-ci il tarixli məlumat məktubu.
Hörmətlə,
Arxivin direktoru L.A.Roqovaya. (İmza)”.
Rusiyada yaşayan azərbaycanlıların milli-mədəniyyət Mərkəzinin sorğusuna verilən cavab məktubunda isə arxiv rəhbərliyi M.Sadıqovaya yazır:
“Rusiya Federasiyası Dövlət Arxivi
30 avqust 2017. N9690-T
Hörmətli xanım Sadıqova!
Sizin sorğunuza cavab olaraq bildiririk ki, Rusiya Federasiysı Dövlət Arxivinin elektron bazasında və elmi-məlumtlar sorğu aparatında, o cümlədən Rusiya İmperiyası Daxili işlər Nazirliyi polis Departamentində Aşıq Ələskər (Ələskər Alməmməd oğlu) haqqında heç bir məlumat aşkar edilməmişdir. Bildiririk ki, İrəvan quberniyası Novobəyzid qəzası üzrə sizi maraqlandıran siyahıyaalmalar haqqındakı sənədlər yerli idarəetmə orqanlarında və təşkilati strukturlarda qala bilər. Onların yerini aşkar etmək üçün Ermənistan Respublikası 0033, Yerevan şəhəri, Qr.Koçar 5/2 ünvanda yerləşən Ermənistan Milli Arxivinə müraciət etməyinizi tövsiyyə edirik. Həm də bildiririk ki, nümayəndəniz arxivimizin oxu zallarında tədqiqat apara və İnternetdə yerləşən məlumat-axtarış sistemindən istifadə edə bilərlər (http://statearchive.ru/383).
Hörmətlə, arxivin direktoru L.A.Roqovaya (İmza)”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar