Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

ATXƏM sədrindən Avropa Parlamenti üzvlərinə etiraz

Tarix: 21-02-2018 13:28     Baxış: 2321 A- / A+
ATXƏM  sədrindən Avropa Parlamenti üzvlərinə etiraz

Manevr.az Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi sədrinin Avropa Parlamenti üzvlərinə etiraz məktubunu təqdim edir:


"Hörmətli Parlamentarilər!
Xanımlar və cənablar!

Bütün nüfuzlu beynəlxalq təşkilatlar kimi Avropa Parlamenti də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini vacib sayır.

Avropa Parlamenti özünün icra etdiyi “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması kimi dəyərləndirir.
Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ətraf 7 rayondan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrind əvurğulandığı kimi silahlı qüvvələrini dərhal və qeyri-şərtsiz olaraq çıxartmalıdır.
Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirməsi bizi hər zaman sevindirir. Lakin təəssüf doğuran haldır ki, hələ də Ermənistan heç bir beynəlxalq qurumun tələblərinə əməl etməyərək işğalçılıq siyasətini davam etdirir.
Bunun səbəblərindən biri də budur ki, bəzi dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri erməni lobbisinin təsiri ilə münaqişədə gərginliyi artırmasına xidmət edən addımlar atırlar. Təəssüflər olsun ki, bəzən belə hərəkətlərin iştirakçıları arasında Avropa Parlamentinin üzvü olan şəxsləri də görürük.
27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı konfrans keçirməyi planlaşdırmaqları və bu tədbirə “Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian federation for Justice and Democracy” adlı erməni lobbi təşkilatlarının sponsorluq etməsi göstərir ki, həmin parlamentarilər beynəlxalq hüququn aliliyi prinsiplərini unudaraq, şəxsi mənfəət və maraqları prizmasından olaylara yanaşmaqdadırlar.
Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasinin bu ilin yanvar ayında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərinə səfər etməsi və qondarma qurumun təmsilçiləri ilə görüşmələri münaqişənin həllinə yardım etmək yox, işğalçı tərəfə haqq qazandırmaq, onların işğalçılıq siyasətinə dəstək verməkdir.
Bu konfransdan cəmi bir gün sonra, 28 fevral 2018-ci ildə Avropa Parlamentinin binasında (European Parliament - Room Jan 6Q2) yenidən Avropa Parlamenti üzvü Frank Engelin təşkilatçılığı ilə "Dağlıq Qarabağ və Avropaİttifaqı: 1988-2018" mövzusunda tədbirin keçirilməsi (The Armenian General Benevolent Union, European frends of Armenia təşkilatının sponsorluğu ilə) göstərir ki, bu Azərbaycana qarşı düşünülmüş total bir hücumdur. Təəssüf ki, bəzi Avropa parlamentariləri beynəlxalq hüququn prinsiplərinin pozulmasına nəinki laqeyd qalır, əksinə qərəzli mövqe nümayiş etdirərək Ermənistanın aqressiyasına haqq qazandırırlar. Belə hallar Avropa Parlamentinin ədalətli və tərəfsiz mövqeyinə şübhə salır, onun nüfuzuna ləkə gətirir, etibarsızlaşdırır.
Azərbaycan vətəndaş cəmiyyəti institu olaraq ümid edirik ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi bütün qərarların gerçək olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyi artıra biləcək, münaqişələri qızışdıran bu cür provakativ tədbirlərin keçirilməsinə icazə verməyəcəkdir.
Ümid edirik ki, erməni lobbisinin təsiri altında olan həmin parlamentarilər Sizlər tərəfindən də qınaq obyektinə çevrilərək yanlış addımdan çəkindiriləcəklər."

İlham İsmayılov,
Azərbaycanlıların və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzinin sədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar