Xəbər lenti
Cavid Qurbanov "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru ilə görüşüb
Avstriyanın Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Avstriya Dəmir Yolları" Səhmdar Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş kecirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin Çindən Avropaya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də ötən ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Azərbaycan prezidenti İlham Əliyev dəmir yolunun açılış mərasimində deyib ki, bu, üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.
“Avstriya Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da genişləndirilməsi barədə razılığa gəliblər.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar