Xəbər lenti
Azərbaycan Universitetində Xocalı Soyqırımına həsr edilmiş tədbir keçirilib
Azərbaycan Yazıçılar Birliyi, İLESAM-Azərbaycan və Azərbaycan Universiteti Xocalı Soyqırımının 26-cı ildönümü münasibətilə Azərbaycan Universitetində birgə tədbir keçirib.
Tədbirdə İLESAM başqanı Mehmet Nuri Parmaksız, İLESAM-Azərbaycan başqanı, AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva çıxış ediblər. Natqilər vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Qeyd edilib ki, Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bir daha vurğulanıb ki, Xocalı faciəsi ermənilərin xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Tədbirdə Elçin Arifoğlunun Xocalı Soyqırımına həsr edilmiş "Kağız qəbir" filmi nümayiş etdirilib. Xatırladaq ki, film Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə İLESAM tərəfindən çəkilb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar