Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Marsa göndərilən avtomobil Yerə çırpıla bilər

Tarix: 20-02-2018 05:44     Baxış: 3249 A- / A+
Marsa göndərilən avtomobil Yerə çırpıla bilər

Dünyaca məşhur "SpaceX" şirkəti yeni layihəsi əsasında ötən ay kosmosa göndərdiyi "Tesla Roadster" avtobomili Yer kürəsinə çırpıla bilər.

Avtomobilin milyonlarla il kosmos boşluqlarında qalma ehtimalı var.

Marsın orbitinə olan səyahətini hədəfini seçərək gerçəkləşdirəcək "Tesla" 6 faiz ehtimalla 2 milyon il ərzində Yer kürəsi, 2,5 faiz ehtimalla isə Venera ilə toqquşa bilər. Avtomobilin planetimizə ilk yaxın keçidi 2091-ci il olaraq hesablanıb. Həmin ildən 3 milyon il sonra "Tesla"nın Yerə düşmə ehtimalı 10 faizə çıxacaq.

Avtomobili kosmosa göndərən üç sürət roketindən birinin daha sürətli işləməsi səbəbilə "Tesla Roadster" planlaşdırıldığı kimi Marsa deyil, asteroid qurşağına doğru istiqamət götürüb.

"SpaceX" İspaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən "Paz" adlı peyki göndərəcəyi "Falcon 9" raketi ilə bərabər iki ədəd sınaq peykini də kosmosa göndərərək bütün dünyanı vahid internet sistemi ilə təmin etməyi düşünür.

Bu həftənin çərşənbə günü Bakı vaxtilə 18:17-də göndəriləcək peykləri daşıyan raketlər vəzifəsini icra etdikdən sonra okeana düşəcək. "SpaceX" bu peyklər barədə detallı məlumat verməsə də, gələn ildən etibarən kosmosa buna bənzər 4425 ədəd kiçik ölçülü peyki Yerin atmosferinə göndərəcəyini açıqlayıb. Dünya miqyasında 7500-dən çox peyklə bütün dünyaya sürətli internet verməyi planlayan şirkət 2025-ci ilə qədər 40 milyon müştərini internetlə təmin etmək niyyətindədir. Bu da şikətin 30 milyard dollar qazanc əldə edəcəyi anlamına gəlir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar