Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şou-biznesin küsüb-barışan qohum SƏNƏTÇİLƏRİ

Tarix: 02-10-2016 18:49     Baxış: 3293 A- / A+
Şou-biznesin küsüb-barışan qohum SƏNƏTÇİLƏRİ

Şou-biznes, sənət aləmində bir-birinə qohum olan sənətçilərimiz çoxdur. Onların bəziləri müəyyən səbəblər üzündən illərlə qohum həmkarlarından küsülü qalıb, hətta qohumluq əlaqələrini gizlədib. Lakin sonda əksəriyyət sənətçilər aralarında barışıq elan edib, birgə fəaliyyətlərinə davam ediblər.

Məsələn, xalq artisti Flora Kərimova uzun illər küsülü qaldığı qohum həmkarı, Cavanşir Məmmədovla bu günlərdə tanınmış bəstəkar Ələkbər Tağıyevə həsr olunmuş konsertdə nəhayət ki, eyni səhnəni paylaşıb.

Xatırladaq ki, uzun illər hər iki tərəf qohum olduqlarını gizlədib. Sonradan məlum olmuşdu ki, sən demə xalq artisti müğənninin doğma bibisi qızı imiş. Flora Kərimovanın mətbuata verdiyi açıqlamasına görə Cavanşir Məmmədovun ali məktəbə qəbul olmağına və sənət aləminə gəlməyinə çox köməklər edib. Hətta gənclik illərində onların birgə duetləri də varmış. Yayılan məlumatlara görə sonradan müğənni Cavanşir Məmmədov həmin lent yazılarını Qızıl Fonddan sildirib. Xalq artistinin açıqlamalarından belə aydın olur ki, tərəflər arasındakı narazılıq Cavanşir Məmmədovun bibisinin yasına 40-ı qurtaran ərəfədə gəlməsi olub:

“Özü də səliqəli geyinmiş, üzü qırxılmış halda. Sənətdə dünənki, heç kim tərəfindən tanınmayan uşağın mənə dediyi bu oldu: “Bibiqızı, mən sənət adamıyam”.


Nəğməkar şair Vüqar Əhmədin İzzət Bağırovla qohum olması isə çoxlarına məlumdur. Belə ki, şair Vüqar Əhməd müğənninin bacısı ilə ailə həyatı qurub. Bəzi iddialara görə müğənni ilə şairin ailə münasibətlərində bir qədər soyuqluq var.

Daha bir küsülü qohum sənətçilər bəstəkar-müğənni Cabbar və Musa Musayev qardaşlarıdır. Qardaşlar arasında dəfələrlə görünməmiş ailə qalmaqalı yaşanıb. Belə ki, Musa Musayevin müğənni Təranə Qumralla ailə həyatı qurması qohumlarının böyük narazılığına səbəb olub. Cabbar Musayev müsahibələrinin birində nəsillikcə Musa Musayevi qohumluqdan çıxarıldığını, onun nəinki nəsillərinin adına, doğulduğu İmişlinin adına ləkə olduğunu bildirmişdi:

“Vaxtında ona anam da, əmim Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi, dedi ki, iki dünya bir ola, ondan ayrılmayacağam. Indi ölüb yerə girsin. Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır”.

Qeyd edək ki, tərəflər arasında qalmaqallı münasibət bu gün də davam edir.

Küsüb-barışan qohum sənətçilər sırasında xalq artisti Nazpəri Dostəliyevanın da adı var. Hər kəsə məlumdur ki, xalq artistinin böyük bacısı Zeynəb Dostəliyeva vaxtilə dövrünün populyar sənətçilərindən biri olub. Sonralar kiçik bacı Nazpəri Dostəliyeva “Nə olar Allahım” və digər mahnıları ilə bacısından önə çıxmağı bacarıb. Bir müddət bundan əvvəl isə bacılar arasında ciddi qalmaqal yaşanmışdı. Lakin iki il bundan öncə xalq artisti artıq bacısı ilə barışdığını, bir-birilərinin evlərinə gediş-gəlişləri olduğunu açıqlamışdı.

Xalidə Gəray

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar