Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri MƏHKƏMƏ QARŞISINDA

Tarix: 19-02-2018 11:33     Baxış: 2315 A- / A+
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri MƏHKƏMƏ QARŞISINDA


Əfqanıstan veteranları sədrdən şikayətçidir, amma rüşvət verdikləri üçün...


Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında için məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmə baxışı fevralın 28-nə təyin edilib. Prosesdə iştirak edən Əfqanıstan veteranları narazı qalıblar. Onlar iş üzrə zərərçəkmiş kimi tanınmayıblar. Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açıldığından veteranlar zərərçəkmiş kimi yox, şahid kimi tanınıblar.

Məlum olub ki, onlar torpaq almaq və ayrılmış imtiyazlardan istifadə etmək üçün birliyin sədrinə və müavininə rüşvət veriblər.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manata satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblıər.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar