Xəbər lenti
Aşıq Alı 1801-Cİ İLDƏ DEYİL, 1835-ci ildə doğulub: ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Azərbaycan söz sənətinin qüdrətli nümayəndələrindən biri olan Aşıq Alı 1835-ci ildə Göyçə mahalının Şişqaya kəndində, Mirzə Ovçu oğlunun ailəsində dünyaya gəlmişdir. Milliyətcə ayrım türküdür. Abbas adlı qardaşı olub.
Manevr.az xəbərinə görə, bu barədə tədqiqatçı-alim Nazir Əhmədli məlmat verib: "Əsil adı Almədətdir, Aşıq Alı onun təxəllüsüdür. Şeirlərini həmin təxəllüslə yaratmışdır.
1852-ci ildə, 17 yaşında Ağ Aşıq Allahverdinin yanında şəyirdliyə başlayıb və 4 il ona şəyirdlik edib. Aşıqlıq sənətinə, yazıb-oxumağa, elmə-irfana Ağ Aşığın köməyi sayəsində yetişib.
1856-cı ildə Göyçə mahalında xeyli insan tələfatına səbəb olan xəstəliklər yayıldığından, onun və əmisi Nəbi Ovçu oğlunun ailəsi həmin mahalının Qızılvənk kəndinə köçüb, elə həmin il kənd sakini Niftalı Şahəli oğlunun qızı Bəsti ilə nişanlanıb, Türkiyə səfərindən dönəndən sonra, 1857-ci ildə evlənib və 1858-ci ildə böyük oğlu Abdulla dünyaya gəlib. Digər iki oğlu- Məhəmməd 1866-cı, Hüseyn isə 1870-ci ildə doğulublar. Təvəllüdünü bilmədiyimiz 2 qızı da olub.
Deyilənə görə, 1911-ci ildə Qızılvənk kəndində vəfat edib.
Cəmi 76 il yaşayıb.
Şəyirdi Ələskərlə 1876-cı ildə deyişib. Bu vaxt onun 41, Ələskərin isə 24 yaşı olub.
Deyişmənin tarixi Aşıq Ələskərin "Min iki yüz doxsan dörddə Ələskər tapdı əsəri" misrasında kodlaşdırılmışdır. Hicri-qəməri təqvimlə 1294-cü il miladi təqvimlə 1876-cı ilə düşür.
Şeirlərinin çoxu it-bata düşmüş və başqalarının adına çıxılmışdır."
Qeyd edək ki, bugünə kimi rəsmi qaynaqlarda Aşıq Alının doğum tarixi 1801-ci gösərilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar