Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü kişiliyə vurub bir neçə dəfə evləndi... Heç vaxt onların qarşısında soyumayıb və onlarla cinsi əlaqəyə girməyib

Tarix: 17-02-2018 05:56     Baxış: 3365 A- / A+
Özünü kişiliyə vurub bir neçə dəfə evləndi...

Hindistanın Uttarakxand ştatında polis özünü kişi cildinə salan və cehizə görə bir neçə qızla evlənən Krişna Sen adlı qadını həbs edib.

Manevr.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Polisə birinci “gəlinin” valideynləri şikayət edib. Onlar bildiriblər ki, keçmiş kürəkənləri qızın cehizini mənimsəyib, halbuki qanun bunu qadağan edir. Onların sözlərinə görə, “kişi” eyni zamanda özünə biznes açmaq üçün onlardan 850 min rupi (təxminən 13 min dollar) borc alıb ancaq sonradan bu borcu geri qaytarmayıb.

Dindirilən zaman Sen polisdə şübhə oyadıb. Onu tibbi müayinəyə göndəriblər. Müayinənin gedişində məlum olub ki, onların qarşısında əslində kişi cildinə girmiş qadın durub.

Hüquq mühafizə orqanları müəyyən edib ki, Sen ilk həyat yoldaşı ilə toydan sonra 2014-ci ildə ayrılıb, və 2017-ci ilin aprelində yenidən nikaha daxil olub. Onun hazırda nikahda olub olmadığı xəbər verilmir.

Qadın xarici görünüşü ilə “gələcək gəlinləri”ndə hər hansı şübhə oyatmayıb, belə ki, onların qarşısında heç vaxt soyumayıb və onlarla cinsi əlaqəyə girməyib. Onun çoxsaylı kişi dostları olub, kişilərə aid ayaq yolundan istifadə edib, kişi hərəkətləri ilə addımlayıb (yeriyib???). Hüquq mühafizə orqanlarına verdiyi açıqlamada Sen hər zaman kişi olmağı arzuladığını bildirib.

Jurnalın məlumatına görə, o əvvəllər Sviti adı ilə tanınıb. Hələlik cinayətkarın hansı ittihamlar üzrə mühakimə olunacağı bəlli deyil.

Hindistanda 1961-ci ildən cehiz vermək və almaq qanunla qadağan edilib. Ancaq uzun əsrlərdən miras qalan bu ənənə Cənub-Şərqi Asiyanın bir çox bölgələrində hələ də tətbiq olunur. Cehiz daha çox gəlinin ailəsinin bəyin ailəsinə hədiyyə etdiyi puldan, geyim və bəzək əşyalarından ibarət olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar