Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Media düşüncəsiz, nadan insanların yazdığı statusu ictimailəşdirməməlidir”-Rəşad MƏCİD

Tarix: 16-02-2018 19:29     Baxış: 2499 A- / A+
"Media düşüncəsiz, nadan insanların yazdığı statusu ictimailəşdirməməlidir”-Rəşad MƏCİD


"Sosial şəbəkələrdə düşüncəsiz, nadan, bəsit insanlar da var. Media belə adamların hər yazdığı statusu ictimailəşdirməməlidir”.

Manevr.az xəbər verir ki, bu barədə "sherg.az”a bir qrup gəncin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın kitablarının yandırılmasına dair fikirlərinə münasibət bildirərkən 525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid bildirib.

O qeyd edib ki, ciddi mətbuat belə hərdəmxəyal, nadan fikirlərə diqqət etməməlidir:

"Belə gənclər varsa, onlar ilk növbədə Anarın kitablarını oxumalıdırlar. Heç olmasa, xalq yazıçısının "Yaşamaq haqqı” traktatı ilə tanış olmalıdırlar ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər. Anarın Azərbaycanın mədəniyyəti, tarixi haqqında fikirlərini oxumalıdırlar ki, yazıçını anlaya bilsinlər.

Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər və yetişməmiş cavan uşaqlar yandırmaq istəyər. Dönə-dönə vurğulayıram ki, bunu ictimailəşdirmək lazım deyil. 2-3 nəfər kəmağıl cavanın bu fikirlərinə kəskin ictimai qınaq olmalıdır”.

Qeyd edək ki, bir qrup gəncin xalq yazıçısı Anarın kitablarını yandırmaq üçün kampaniya başlatmaq çağırışı edib. Yazıçı özü isə həmin gənclərin addımı tərbiyəsizlik adlandırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar