Xəbər lenti
Saakaşvili: “Məni Ukraynaya qaytarın!”
“Məni Ukraynaya qaytarın. Mən orada mühakimə olunmaq istəyirəm”.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Varşavada keçirdiyi mətbuat konfransında deyib.
“Əgər hər hansı bir şəxs dövlət çevrilişində ittiham olunursa, o, ölkədən çıxarılmır. Ağır cinayətlərdə ittiham olunan bir şəxs ölkə xaricinə buraxıla bilməz. Onlar məni mühakimə edəcəklərmi? Mən məhkəmədə necə iştirak edəcəyəm? Məni Ukraynaya qaytarın! Mən orada mühakimə olunmaq istəyirəm", - deyə Saakaşvili bildirib. O, prezident Poroşenkonun ondan qorxduğunu vurğulayıb.
Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar