Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Taleh Bağırova hökm oxundu

Tarix: 13-02-2018 15:04     Baxış: 4307 A- / A+
Taleh Bağırova hökm oxundu

"Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun barəsində yeni hökm oxunub.

Manevr.az
lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim Ürfan Mürsəlovun sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.

T.Bağırova 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb. Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilir.

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir. Bugünkü cəza Taleh Bağırovun əvvəlki cəzası ilə birləşdirib. Hazırda Taleh Bağırovun üzərində 18 il həbs cəzası qalıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar