Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin deputatı Əli Məsimli Litvanın paytaxtı Vilnüs şəhərində səfərdə olub

Tarix: 11-02-2018 19:12     Baxış: 1650 A- / A+
Milli Məclisin deputatı Əli Məsimli Litvanın paytaxtı Vilnüs şəhərində səfərdə olub

Milli Məclisin deputatı, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli fevralın 8-10-da Baltik Assambleyasının alternativ və bərpa olunan enerji məsələlərinə həsr olunmuş müzakirələrində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edib.

Manevr.az-ın xəbərinə görə, bu barədə İqisadi və Sosial İnnovasiyalar İnstitutu məlmat yayıb. Məlumatda bildirilir ki, tədbirdə Avropa Komissiyasının "Bütün avropalılar üçün təmiz enerji" adlı ENERJİ PAKETİ layihəsi təqdim olunub. Baltik dövlətlərində elektrik enerjisinin istehsalı və Avropa şəbəkələri ilə uyğunlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi ilə əlaqədar məsələlər, eləcə də bu sahədəki beynəlxalq təcrübə geniş müzakirə olunub.

Həmin tədbirdə Əli Məsimli “Azərbaycanda alternativ enerji: mövcud vəziyyət və inkişaf imkanları” mövzusunda çıxış edib. Əli Məsimli öz çıxışında bildirib ki, Azərbaycanın neft və qazla zəngin olması təbii surətdə həmin ənənəvi enerji mənbələrinin elektik enerjisi istehsalı və ixracının struktrundakı xüsusi çəkisinə təsir edir. Bir tərəfdən, ənənəvi enerji mənbələri hesabına Azərbaycan elektik enerjisinə olan tələbatından xeyli artıq istehsal gücü yaratmaqla, həm yerli tələbatı ödəyir, həm də elektrik enerjisi eksportu imkanlarını da genişləndirir. Bunun nəticəsində "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji dəhlizi neft və qaz ixracı dəhlizi olmaqla yanaşı, həm də elektik enerjisi ixracı dəhlizinə də çevrilib.
Eyni zamanda Azərbaycanın təbii-iqlim şəraiti ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına da elektrik enerjisi hasilatını indikindən qat-qat yüksək səviyyəyə qaldırmaq üçün çox böyük və perspektivli mənbələr rolunu oynaya bilər. Belə ki, il ərzində günəşli saatların sayı Rusiyada 500-2000 saat arasında, GUAM ölkələri olan Ukraynada – orta hesabla 1900 saat, Gürcüstansa -2600 saat, Moldovada- 2200 saat, Baltikyanı ölkələr Latviyada- 1800 saat Litvada - 1900 saat, Estoniyada- 1700 saat, Azərbaycanha isə - 3000 saata yaxındır. Azərbaycanın Abşeron yarımadasında və Xəzər dənizi boyu hissələrində küləkli günlərin sayı 270 gündür. Bu əsasda Xəzər dənizi sahili boyu və dağlıq ərazilərdə külək elektrik stansiyası tikməklə dünyada ən ucuz elektik enerjisi mənbəyi olan küləyin gücündən daha geniş planda faydalanılacaq. Bundan əlavə müasir 4G texnologiyasının tətbiqi əsasında Bakının bərk məişət tulllantılarının emalı əsasında da elektrik enerjisi hasil olunur.

Əli Məsimli öz çıxışında bildirib ki, Azərbaycanın neft və qazla zəngin olması ilə əlaqədar olaraq, hazırda ölkəmizdə elektrik enerjisi istehsalı daha çox karbohidrogen xammalı mənbələrindən asılıdır. Elektik enerjisi istehsalında hələ ənənvi enerji mənbələri olan neft və xüsusən də qazdan geniş istifadə olunur və olunacaq. Amma neft və qaz tükənən enerji mənbələri olduğundan,Azərbayvan da alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması dövlətin strateji prioritetlərindən birinə çevrilir."Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanda 100-ə yaxın alternativ elektrik enerjisi istehsalı obyektlərinin yaradılması nəzərdə tutulur.İndiyədək bu istiqamətdə zəruri işlər görülüb və 2020-ci ilə ölkəmizdə alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı ümumi istehsalda payının 2 dəfədən çox artırıb 20 faizə çatdırılması proqnozlaşdırılır.

Əli Məsimli bildirib ki, dünyada alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı sürətlə artır.Həmin enerji növlərinin maya dəyəri isə sürətlə aşağı düşdüyündən,rəqabət qabiliyyəti də artır və bu da istehsalın sürətlə genişləndirilməsini sərfəli edir.Bu gedişlə alternativ enerji alternativsiz olub,nəinki neft və qazı,xeyli dərəcədə həm də atom enerjisini də əvəz edəcək. Azərbaycan deputatı bu məsələdən danışarkan tədbir iştrakçılarınn diqqətinə çatdırıb ki, ötən əsrin 70-cı ilərində istismara verilmiş Ermənistanın Metzamor Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və həm də çox seysmik bir zonada yerləşir. Ona görə də Ermənistanın Metzamor Atom Elektrik Stansiyası region üçün birbaşa ciddi bir təhlükə mənbəyinə çevirib. Bununla əlaqədar olaraq Əli Məsimli beynəlxalq ictimaiyyəti, beynəlxalq qurumarı, o cümlədən Avropa İttifaqını bu məsələyə diqqəti artırmağa və Ermənistanın Metzamor Atom Elektrik Stansiyası bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırıb.

Milli Məclisin deputatı, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Vilnüsdə düzənlənən tədbirlər çərçivəsində Baltik Assambleyasının prezidenti, Benelüks Assambleyasının vitse-prezidenti və Baş katibi və digər rəsmi şəxslərlə görüşlər keçirmiş əməkdaşlığın genişləndirlməsi və dərinləşdirilməsi istiqamətində maarqlı fikir mübadilələri və təkliflərlə çıxış edib.

İQTİSADİ VƏ SOSİAL İNNOVASİYALAR İNSTİTUTU Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərliyinə Əli Məsimlinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin perspektivlərinə dair çıxışının uğurlu və fərqli alınması üçün təqdim etdiyi bideoçarx və digər maraqlı materiallara görə öz təşəkkürünü bildirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar