Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur

Tarix: 09-02-2018 15:52     Baxış: 2275 A- / A+
Bu nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur


"Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur.

Manevr.az--ın məlumatına görə, bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsi bu gün Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Eldar İbrahimov bildirib ki, fərmanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi təsbit olunmaqla, baytarlıq xidmətinin təşkili, hüquqları, vəzifələri və sair ilə bağlı mövcud qanunda nəzərdə tutulan bir sıra maddələr ləğv olunur. Yəni qanun layihəsinə edilən dəyişiklikdə baytarlıq, bitki mühafizəsi və karantin sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.

Qanun layihəsində heyvan mənşəli məhsul və xammal anlayışı da əksini tapıb. Bununla bağlı qanuna 1.0.14 və 1.0.15-ci maddələrin əlavə edilməsi təklif olunur. 1.0.14-cü maddədə qeyd edilir ki, heyvan mənşəli məhsullar insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə alınan məhsullardır. 1.0.15-ci maddədə bildirilir ki, heyvan mənşəli xammal gön, dəri, yun, tük, qıl, lələk. Sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatlarıdır.apa


Manevr.az-

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar