Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda qeyri-adi uşaq doğuldu - FOTO

Tarix: 06-02-2018 15:25     Baxış: 3373 A- / A+
Bakıda qeyri-adi uşaq doğuldu - FOTO

Bakıda onikibarmaq bağırsağı qapalı olan körpə dünyaya gəlib.

Bu barədə məlumat paylaşan uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

Həkim bildirib ki, 1600 qr çəkisi olan qızı dünyaya göz açan kimi əməliyyat etməyə məcbur qalıblar.

"Bətndaxili USM müayinəsində onikibarmaq bağırsağın qapalı olması şübhəsi olan körpə
dünyaya gözlədiyimizdən tez gəldi. Başqa klinikada doğulan körpəyə aparılan müayinələr nəticəsində məlum oldu ki, onikibarmaq bağırsaq anadangəlmə bağlıdır (Duodenal atreziya). Nəticədə, əməliyyat olunmasa yediyi qida onikibarmaq bağırsaqdan keçə bilmədiyi üçün yaşaması mümkün olmayacaqdı. Cərrahi əməliyyat məqsədilə körpə klinikamıza köçürüldü. Əməliyyat zamanı məlum oldu ki, onikibarmaq bağırsağın bağlı olmasına səbəb mədəaltı vəzin anormal yerləşib onu xaricdən sıxmasıdır (Anulyar pankreas)".

Həkim bildirib ki, 1600 qr çəkisi olan körpə üzərində cərrahi əməliyyat uğurla icra edilərək onikibarmaq bağırsağın keçiriciliyi (duodenoduodenostomiya) bərpa edilib: "Əməliyyatdan sonra körpə Mərkəzi Klinikanın neonotologiya şöbəsinə köçürülüb. Körpə şanslı olduğu üçün bu xəstəliklə doğulan uşaqlarda görülən Doun sindromu, ürək, böyrək problemləri və əməliyyatdan sonra görülən tikilmiş bağırsaq yerindən sızdırma, tikiş xəttində daralma kimi təkrari əməliyyat ehtiyac olan problemlər ondan uzaq olub. Körpə hazırda evlərindədi".(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar