Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Onlarla məmurun işdən çıxarıldığı nazirlik bundan sonra necə işləyəcək?

Tarix: 05-02-2018 11:18     Baxış: 4339 A- / A+
Onlarla məmurun işdən çıxarıldığı nazirlik bundan sonra necə işləyəcək?


Vergilər Nazirliyi yeni iş prinsiplərinə keçir - Geniş açıqlama olacaq.

Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən milli.az-a verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

Qeyd edək ki, Fazil Məmmədovun vergilər naziri vəzifəsindən uzaqlaşdırılmasından və yerinə sabiq təhsil naziri Mikayıl Cabbarovun təyin olunmasından sonra Vergilər Nazirliyində ciddi dəyişikliklərə başlanılıb. Dəyişikliklərə demək olar ki, elə ilk gündən kadr islahatları ilə başlayan M.Cabbarov adı neqativ məsələlərdə hallandırılan onlarla şəxsi nazirliyin strukturlarındakı tutduğu vəzifələrindən azad edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar