Xəbər lenti
Yeni radio və televiziya oktyabrın 3-dən efirə çıxır

3 oktyabr 2016-cı il saat 12:00-dan etibarən Azərbaycan mediasında yeni Radio və Televiziya özünün ilk efir yayımına start verəcək.
Manevr.az-a daxil olan məlumata görə, “Butafm" Radio və Televiziya Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb.
“MİLLİ NAXIŞ, MİLLİ BAXIŞ...” devizi ilə fəaliyyət göstərən radio və televiziyanın yaradılmasında məqsəd ən gözəl milli və xarici musiqilərlə zövqləri oxşamaq, bir-birindən maraqlı, maarifləndirici verilişlər, layihələr ilə sizlərin görüşünə gəlməkdir.
Bunlarla bərabər, Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial-iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində yaşananlar barəsində ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.
“Butafm" Radio və Televiziya MMC-nin redaksiya heyəti aşağıdakı tərkibdədir:
DİREKTOR: Əlizadə Azər İsabala oğlu.
İCRAÇI DİREKTOR: Bayramov Teymur Rzaqulu oğlu.
TEXNİKİ DİREKTOR: Abbasov Abbas Zeynəlabdin oğlu.
BAŞ REDAKTOR: Mahmudzadə Şahanə Müşfiq qızıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar