Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR (FOTO)

Tarix: 03-02-2018 16:31     Baxış: 4499 A- / A+
Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR (FOTO)


Dünya tarixinin ən nəhəng hökmdarlarının qəribə taleləri və bəzən çox mənasız ölüm səbəbləri olub.

Manevr.az onların bir neçəsinin tarixçəsini təqdim edir:

Özünə gor qazan hökmdar


Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR (FOTO)


İspan kralı III Filip səliqə-səhmanı çox sevirdi. Tədricən ölkənin xarici siyasətini zəiflədən kral dəbdəbəli həyata üstünlük verirdi. Ölkəsini ərəb mənşəli ispanlardan və qaraçılardan təmizləmək üçün əhalinin böyük hissəsini sürgünə göndərir, edam etdirirdi. Məişət qaydalarında da yeniliklər edən III Filip yüksək zümrədən olan şəxslərlə bağlı bir sıra qanunlar qəbul etmişdi. Kralın qanunlarına əsasən zadəganlar özlərinə hətta şərab süzə bilməzdilər. Bu vəzifələri icra edən xüsusi nökərlər vardı.

Günlərin bir günü Filip sobanın yanındakı kətildə yuxuya dalır. Kətil sobanın istisindən alışıb-yanmağa başlayır. Saray əyyanları kralın kətilinə toxunmaq icazəsi olan yeganə qulluqçunu axtarıb-tapanadək otaq alovlanır, kral da yanaraq, dünyasını dəyişir.

Ehtiyatsız kral

Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR (FOTO)


Fransız kralı VIII Karl da öz mənasız ölümü ilə adını tarixin yaddaşına yazıb. 13 yaşında ikən taxta əyləşən Karl dövlət idarəçiliyində daim böyük bacısı Annanın məshələtlərindən yararalanırdı. Bacısı lazım biləndə, qonşu dövlətlərlə müharibəyə başlayır, etiraz edəndə isə geri çəkilirdi. O, həmçinin öz ehtiyatsızlığı ilə də məşhur olub. Artıq 30 yaşına çatan kral təsadüfən qapının tini ilə toqquşaraq, komaya düşür. Bir neçə gündən sonra isə dünyasını dəyişir. Ətrafında hər kəsin taun kimi xəstəliklərdən öldüyü bir dövrdə kralın sadə səbəbdən dünyasını dəyişməsi hər kəsi məyus edir.

Qansız Vaşinqton

Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR (FOTO)


Amerikanınilk prezidenti CorcVaşınqton 67 yaşında belə kifayət qədər sağlam və gənc görünürdü. Bir gün prezident hazırda mütəmadi yoluxduğumuz qripə yaxalanır. Xəstəlik haqda kifayət qədər məlumat olmadığından həkimlər o dövrün ən məşhur müalicə üsulunu sınaqdan keçirdirlər. Növbə ilə prezidəntdən qan alıb, sağalmağını gözləyirlər. Sonda isə Vaşinqton qansızlıqdan dünyasını dəyişir. Bəlkə də cəmi iki gün gözləsəydilər, mərhum biraz asqırıb, azca da öskürüb, sağala bilərdi.

Gülməkdən ölən kral

Hökmdarların ağlasığmaz ölüm anları - HEYRƏTAMİZDİR (FOTO)


Elə bilməyin ki, tarixdəki bütün hökmdarlar zəhmli və qəddar olublar. Məsələn, Araqon kralı Martin ən şən hökmdar kimi tanınıb. Günlərin bir günü bütöv qızarmış qaz əti yeyən Martinin hüzuruna təlxəyi gətirirlər. Təlxəyin adi, hətta mənasız zarafatına ürəkdən gülən kralın dolu mədəsi dözmür. Yerindəcə keçinir. Etiraf edək ki, gülə-gülə dünyadan köçmək hər kəsə nəsib olmur./Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar